İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya mətbuatı Akşenerin açıqlamalarını belə ŞƏRH ETDİ

1585 04.03.2023 12:00 Gündəm A A

İYİ Partiya sədri Meral Akşenerin açıqlamaları dünyanın aparıcı media orqanlarında da gündəm olub.

Musavat.com xəbər verir ki, dünya mətbuatı Türkiyədə müxalifət partiyalar arasında seçkiyə az vaxt qalmış yaranan böhranın Ərdoğanın əlini gücləndirdiyini qeyd edib.

Akşener dünənki açıqlamasında, “Millətin ortaq rifahı üçün yaxşı niyyətlərlə oturduğumuz "Altılı masa" artıq potensial namizədlərin müzakirə edildiyi ortaq ağıl platforması deyil. Vahid namizədin attestasiyası üçün işləyən bir notarius masasına çevrilib”.

“Biz qumar və ya notarius masasında olmayacağıq. 85 milyon insanın taleyini heç vaxt kor-koranə görməzdən gəlməyəcəyik. Yavaşa və İmamoğluna çağırışımdır. Camaat sizi vəzifəyə çağırır. Kritik qırılma astanasında, millət sizi vəzifəyə çağırır. Bu vəzifə millətin səsini eşitmək vəzifəsidir. Bu vəzifə danılmaz bir vəzifədir. Çünki bu qərar xalqa məxsusdur. Ya tarix yazacağıq, ya da tarix olacaq”, – o, fikrini belə tamamlayıb.

Dünyanın aparıcı media qurumları İYİ Partiya liderinin bu açıqlamalarına münasibət bildirib.

Britaniyanın Reuters xəbər agentliyi Akşenerin seçkilərə az qala iki ay qalmış açıqlamalarının müxalifət blokunu qarışıqlığa sürüklədiyini yazıb. İYİ Partiyasının masadan çəkilməsinin Ərdoğana qarşı müxalifəti birləşdirmək səylərinə zərbə vurduğu da şərh edilib.

İngiliz Reuters, Erdoğan karşıtı gazeteci arıyor' - Son Dakika Haberler

ABŞ-da yerləşən Bloomberg xəbər agentliyi “Anti-Ərdoğan ittifaqı liderlik müzakirələri səbəbindən dağılmaq üzrədir” başlıqlı xəbərində müxalifət daxilindəki böhranın Ərdoğanı hakimiyyətdən devirmək şanslarını zəiflətdiyini yazıb.

Bloomberg seçkinin zəlzələlərdən sonra tənqid hədəfinə çevrilən Ərdoğanın 20 illik hakimiyyətinin ən çətin seçkisi olacağını bildirsə də, agentliyə danışan Konda şirkətinin rəhbəri Bəkir Ağırdır müxalifətin bunu edə bilməyəcəyini qeyd edib. 

1.584 Bloomberg Görseli, Stok Fotoğraflar ve Vektörler | Shutterstock

Qətərdə fəaliyyət göstərən "əl-Cəzirə" televiziyasının xəbərində Ərdoğan son vaxtlar iqtisadi böhran və zəlzələlərin yaratdığı dağıntılar səbəbindən dəstəyini itirdiyini, lakin müxalifət bloku daxilindəki fikir ayrılıqlarının seçkidəki uğurlarını şübhə altına aldığını bildirib.

Twitter, Katar merkezli Al Jazeera hesabını kapatıp tekrar açtı


"Associated Press" xəbər agentliyi isə müxalifət daxilində parçalanmanın seçkiyə az qalmış Ərdoğan üçün mühüm dəstək olacağını yazıb.

Phone Records of Journalists of The Associated Press Seized by U.S. - The  New York Times

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR