İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya çempionatında Azərbaycan boksçusuna qarşı ədalətsizlik - VİDEO

1200 13.05.2023 16:10 İdman A A

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında hakim ədalətsizliyi ilə üzləşib. +92 kq çəkidə çıxış edən yığma üzvü bu hala mundialın 1/2 finalında kubalı Fernando Lopes Arzola ilə döyüşdə məruz qalıb.

Musavat.com xəbər verir ki, dünya çempionatının bürünc mükafatçısının inamlı və əzmkar müqavimət göstərməsinə, həmçinin rəqibi III raundda nokdauna salmasına baxmayaraq, ədalət təmsilçiləri qələbəni rəqibə veriblər. Boksçumuza üstünlüyü yalnız avstriyalı hakim verib - 29:28. Ondan fərqli, Tailand, Tunis, İtaliya və Qvatemaladan olan referilər isə eyni hesabı rəqibin xeyrinə göstəriblər. Nəticədə Abdullayevin finala gedən yolunu kəsiblər.

Qeyd edək ki, yarımfinalda hakim ədalətsizliyi səbəbindən uduzdurulan Məhəmməd dünya çempionatını bürünc mükafatla başa vurub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR