İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya bazarına rekord həcmdə neft çıxarılacaq – Beynəlxalq Enerji Agentliyi qərar verdi

1342 08.04.2022 00:05 İqtisadiyyat A A

ABŞ və Beynəlxalq Enerji Agentliyinin digər üzvləri birlikdə dünya bazarına görünməmiş həcmdə neft çıxarır.

Musavat.com xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat kativi Cen Psakinin rəsmi açıqlamasında məlumat verilir.

Açıqlamaya görə, ABŞ-ın koordinasiyası nəticəsində BEA üzvləri bazara 240 milyon barel neft çıxaracaqlar: “Bu gün – cümə günü Birləşmiş Ştatların, bizim müttəfiqlərimizin və BEA daxilindəki tərəfdaşlarımızın bütün gün ərzində göstərdiyi diplomatik səylər nəticəsində qərara alındı ki, ABŞ-dan əlavə, bazara daha 60 milyon barel neft çıxarılsın. ABŞ-ın çıxaracağı həcmlərlə birlikdə bu, 240 milyon barel deməkdir. Bu, BEA tarixində ehtiyatlardan bazara ən böyük intervensiyadır”.

Psaki qeyd edib ki, son vaxtlar bazara az neftin daxil olması nəticəsində benzinin kəskin bahalaşması baş verib: “Biz yaxın perspektivdə bazara təklifin artması üçün bütün mümkün tədbirləri həyata keçirməyə davam edəcəyik. Eyni zamanda biz beynəlxalq ictimaiyyətlə enerji müstəqilliyinin təmin olunması istiqamətində işimizi gücləndirəcəyik ki, neftə tələbat azalsın”.

BEA bəyan edib ki, 240 milyon barel 6 ay ərzində bazara daxil ediləcək. Nəticədə, agentliyə daxil olan ölkələrin neft ehtiyatları 9 faiz azalacaq.

ABŞ energetika naziri Cenifer Qrenhem isə bildirib ki, daha bir neçə ölkə də ehtiyatlarından bazara çıxarmaq variantına baxırlar: “Bu gün Hindistan bu addımı dəstəkləmək üçün imkanlarına baxdığını açıqlayıb. Bu günlərdə BEA nazirlərinin ABŞ-ın rəhbərliyi ilə keçirilən görüşündə Kanada 2022-ci ilin sonunadək gündəlik neft hasilatını 200 min barel, Braziliya isə 300 min barel artıracağını bildirdi”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR