İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənki TƏXRİBAT onların "təşəbbüsü" ilə törədilib... - "Qərarı Paşinyan verməlidir"

3677 12.04.2023 16:49 Son xəbər A A

"Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın gələcək günlərdə ya Brüsseldə, ya da Vaşinqtonda görüşə biləcəkləriylə bağlı xəbərlər yayılıb. ABŞ və Avropa İttifaqı İlham Əliyevlə Nikol Paşinyanı görüşdürməkdə maraqlıdır. Rusiya və İran isə Vaşinqton və Brüsselin vasitəçiliyinin əleyhinədir".

Musavat.com xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

_elxan234.jpg (76 KB)

"Rusiya və İran hesab edir ki, Vaşinqton və Brüssel bölgəyə aid olan məsələlərə qarışmamalıdır. Ona görə də təmas xəttindəki son təxribatın bu iki dövlətin "təşəbbüsü" ilə baş verdiyinə dair mülahizələr var. Məqsəd liderlərin Brüssel və Vaşinqtondakı görüşünü əngəlləməkdir. Azərbaycan Prezidenti İlham Əliyev görüşün Brüssel və ya Vaşinqtonda keçirilməsinə etiraz etmir. Qərarı Nikol Paşinyan verməlidir. Fikrimcə, Paşinyan Brüssel və Vaşinqtonla münasibətlərdə lazımsız gərginlik yaşamamaq üçün görüşə razılaşa bilər. Ancaq əsas məsələ bu deyil. Görüş Brüssel və ya Vaşinqtonda keçirilsə belə, nəticə nə olacaq? Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımayana qədər görüşlərdən nəticə gözləməyə dəyməz", - politoloq vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR