İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay şokoladı qıtlığa SƏBƏB OLDU - "TikTok" videosu böhran YARATDI

1090 20.04.2025 08:37 Dünya A A

Dubay şokoladının sürətlə artan populyarlığı qlobal fıstıq qıtlığına və bu məhsulun qiymətində kəskin artıma səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr xatırladır ki, Dubay şokoladı 2023-cü ildə 120 milyon dəfədən çox baxılan viral "TikTok" videosundan sonra məşhurlaşıb.

Məhsula tələbatın çox olması püstə qıtlığına səbəb olub.

“Dubay şokoladı ortaya çıxanda, insanlar əllərinə keçən bütün fıstıq ləpələrini almağa başladılar. Nəticədə dünyanın digər hissələrində çatışmazlıq yarandı”, – deyə “CG Hacking” şirkətinin nümayəndəsi Giles Xaking bildirib.

Bundan əlavə, qıtlığa əsas ixracatçı ölkə olan ABŞ-da püstə məhsulunun az olması səbəb olub. Bir il ərzində püstənin qiyməti 7,65 dollardan 10,30 dollara qalxıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR