İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX ilə Vyetnamın İctimai Təhlükəsizlik Nazirliyi arasında saziş təsdiqləndi

636 21.11.2025 16:37 Siyasət A A

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, eləcə də qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR