İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

595 20.07.2022 09:25 Kriminal A A

Dövlətə xəyanətdə təqsirləndirilən Səbuhi Səlimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Qeyd edək ki, Səbuhi Səlimov ötən il oktyabr ayında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Səbail rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR