İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə qırğın: Rusiya qalib gəlsə, Qarabağı nə gözləyir? Elşad Musayevlə CANLI

932 02.06.2022 14:55 Gündəm A A

“Donetsk Xalq Respublikası”nın silahlı bölmələri Rusiya hərbçilərilə birgə Sladkoye kəndi yaxınlığında Ukrayna ordusunun hücumunu dəf edib. Bu barədə DXR- in xalq milisi məlumat yayıb. “Hərbçilərimiz düşmənin bir neçə PDM-ini və 15-ə qədər əsgərini məhv edib. Eləcə də Maryinka bölgəsində düşmənin iki atəş nöqtəsi susdurulub. Düşmən geri çəkilib”.

Ekspertin fikrincə, Rusiyanın əsl qorxusu Ukraynaya verilən HIMARS və ya MLRS deyil, “Lend-liz” proqramı çərçivəsində göndəriləcək müasir silah və texnikalardır. “Lend-liz” proqramı əsasında Ukraynaya veriləcək silahlar müharibənin gedişatını dəyişəcək.

Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ukrayna və ABŞ-a xəbərdarlıq edib. “Ukraynanın xarici silahlardan istifadə etmək cəhdləri vəziyyəti xeyli pisləşdirəcək. Bu, tamamilə arzuolunmaz ssenaridir. Ukrayna ən müasir silahlarla təmin edilir. Mən bu silahların bizim ərazimizə qarşı istifadəsinin hansı nəticələrə səbəb olacağından danışmaq istəmirəm. Bu, durumu əhəmiyyətli dərəcədə əlverişsiz istiqamətə doğru dəyişəcək”, - o söyləyib.

D.Peskov bildirib ki, Qərbin daha müasir silahların Kiyevə tədarükü Ukraynanın durumunu daha da ağırlaşdıracaq, lakin Rusiyanın xüsusi əməliyyatına təsir etməyəcək.

TV Musavat-ın canlı efirində Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə Ukrayna və müharibənin ölkəmizə təsirini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR