İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Polis bu qadınları axtarır - FOTO

1216 06.09.2022 13:34 Hadisə A A

Ağsu rayonunda iki qadın itkin düşüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, rayonun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir.

Bundan başqa Ağsu rayon Polis Şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Fotoda Aybəniz Abdullayeva

1662447435_305284391_1190208581537689_5201076005551583704_n.jpg (593 KB)

 Fotoda Gülnişan Səfərli

1662447382_305469584_814084003289493_7910459541084893946_n.jpg (351 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR