İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM-in 3 mart sınağı - qüsurlara görə kim cavab verəcək...

4037 05.03.2024 15:15 Ölkə A A

Ekspert: “Əgər nöqsan olubsa, həm otaq nəzarətçisi, həm mərtəbə nəzarətçisi, həm də rəhbər tədbir görməli idi”

Martın 3-də Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. DİM-dən verilən məlumata görə, imtahan 30 şəhər və rayonda təşkil olunub və 52 mindən çox şagird qatılıb.

Ağdərə rayon Talış kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu, qurumun işğaldan azad olunan Ağdərə rayonunda təşkil etdiyi ilk imtahan olub.

Martın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab vərəqələrinin emalına başlanıb. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Xatırladaq ki, buraxılış imtahanlarında ilk dəfə olaraq imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Lakin imtahanın təşkilində qüsurlar da qeydə alınıb. Məsələn, imtahanlarda səsli sualı səsləndirən audioqurğu işləməyib. Nəzarətçidən yeni qurğu gətirmək tələb edilsə də, bu təmin edilməyib. O zaman yekun nəticə ədalətli sayıla bilərmi? 

700 bal toplamaq üçün savad qədər bəxt amili də öz rolunu oynayır”- Təhsil  eksperti - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev 

Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a şərhində bildirib ki, abituriyentlərin rəyinə görə sualların tərtibatı qənaətbəxş olub: “Bu il 300 bal toplayacağını gözlədiyim abituriyentlər var. Əgər nöqsan olubsa, həm otaq nəzarətçisi, həm mərtəbə nəzarətçisi, həm də rəhbər bu barədə məlumatlı olduqdan sonra mütləq qurğu dəyişməli idi. Bu onların borcudur. Eyni qaydada sual, yaxud cavab kağızında da bir səhv varsa, hər biri aradan qaldırılmalıdır”.  

Kamran Əsədov diplomu tanınmayan məzunlardan danışdı - Günah kimdədir?

Kamran Əsədov 

Redaktor.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, builki buraxılış imtahanları əvvəlki illərdən iki məsələyə görə ciddi şəkildə fərqlənib: “Birincisi ona görə ki, ilk dəfə olaraq ölkənin bütün ərazisində buraxılış imtahanları keçirildi və Azərbaycanın müstəqillik tarixində suveren imtahan idi, bütün ölkə ərazisini əhatə edirdi. İndiyə qədər biz bunu ancaq xəyal edə bilərdik, amma artıq reallaşıb və tarixi torpaqlarımızda buraxılış imtahanları keçirilib. İkincisi, imtahan iştirakçılarına imtahandan sonra sual kitabçalarını özləri ilə aparmaq icazəsi verildi ki, bu da imtahan nəticələrini yoxlamağa, həmçinin suallar ətrafında müəllimlərlə şagirdlərin fikir mübadiləsi etməsinə imkan verir. Test tapşırıqlarına gəlincə, təbii ki, imtahan iştirakçılarına təqdim olunan suallar kifayət qədər rahat suallar idi və hər bir test tapşırığı orta məktəbin tədris proqramına və ölkədə 2008-ci ildən tətbiq olunan kurikulumun məzmun standartlarına uyğun idi. Azərbaycan dili fənnindən test tapşırıqlarına gəlincə, digər fənlərlə müqayisədə ən asan və sadə suallar Azərbaycan dilinə təqdim edilmiş suallar idi. Dövlət İmtahan Mərkəzi oktyabr-noyabr aylarında bununla bağlı proqramını təqdim etdi, mətnlərlə bağlı suallar heç də çaşdırıcı deyildi. Orada müxtəlif bacarıqların yoxlanılması həyata keçirilirdi, mətn suallarında daha çox anlama, tətbiqetmə, qrammatik bacarıqların yerinə yetirilməsi yoxlanılırdı. Nəzərə alsaq ki, Azərbaycan dili bizim doğma dilimizdir və hər bir şagird birinci sinifdən on birinci sinfə qədər ən çox dərs saatını məhz bu fəndən alır, ona görə də Azərbaycan dili fənni ilə bağlı şagirdlərin hər hansı bir formada narazı olması anlaşılan deyil. Oradakı sualların heç biri Dövlət İmtahan Mərkəzinin öncədən elan etdiyi proqramdan kənar deyildi. Həmçinin bu suallar kurikulumun məzmun standartlarına uyğun idi”.

Ekspertin sözlərinə görə, Azərbaycan dili fənni ilə bağlı müəllimlərin narazılığı ondan ibarətdir ki, onlar kurikulum standartlarına uyğun yox, köhnə qaydada dərs keçiblər: “Dövlət İmtahan Mərkəzinin test bankında yüzlərlə belə nümunə var. İngilis dili fənnindən dinləmə ilə bağlı suallarda haqlı narazılıq ola bilər. Amma Azərbaycan dili fənnindən mətnlə bağlı olan tapşırıqlardan narazı olmaq müəllimlərin bu fənni yaxşı tədris etməməsindən irəli gəlir, bu proqramı yaxşı mənimsəməməsindən irəli gəlir. Hesab edirəm ki, burada özlərinin zəif nəticələrini bu cür bəhanələrlə ört-basdır etmək istəyirlər. Azərbaycan dili fənnindən suallar kifayət qədər rahat, asan və orta səviyyədə oxuyacaq şagirdin cavablanmaq imkanına malik olan suallar idi”.

Hüquqşünas Əkrəm Həsənov isə qeyd edib ki, əgər nöqsanlar qeydə alınıbsa, nəticələr etibarsız hesab olunur: “İmtahan yenidən keçirilməlidir. Belə hallar qaydalarda olmalıdır. Konstitusiyanın ədalət, bərabərlik kimi ümumi prinsiplərini nəzərə alsaq, imtahanın yenidən keçirilməsi məsələsinə baxılmalıdır”. 

Xanlar Xanlarzade - YouTube

Xanlar Xanlarzadə 

DİM-in mətbuat katibi Xanlar Xanlarzadə “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Apelyasiya Komissiyası imtahan nəticələri elan olunduqdan sonra yaradılır və müraciətlərin qəbuluna başlanılır. O ki qaldı qeydə alınan nöqsanlara, DİM sözçüsü müraciətin imtahan rəhbərinin və imtahanın gedişi haqqında zal nəzarətçisi protokolu əsasında araşdırıldığını, zal nəzarətçisindən və imtahan rəhbərindən şifahi izahatlar alındığını bildirib: “Araşdırma nəticəsində məlum olub ki, həmin zalda dinləmə mətninin səsləndirilməsi zamanı audioqurğuda texniki nasazlıq aşkarlanıb və təlimata uyğun olaraq şagirdlərə digər tapşırıqlara davam etmələri söylənilib, audioqurğu yeni qurğu ilə əvəz edilərək dinləmə mətninin səsləndirilməsi uğurla icra edilib. Vaxt itkisi nəzərə alınaraq şagirdlərə əlavə vaxt da verilib”.

Ancaq valideynlər konkret Saray qəsəbəsi 2 saylı orta məktəbdə 4733 saylı imtahan zalında işləməyən audiqurğunun dəyişdirilməsi, o otağın uşaqlarına əlavə vaxt verilməsi barədə deyilənlərin nəzarətçinin özünümüdafiəsi olduğunu israrla bildirirlər. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR