İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilqəm Əsgərov və Şahbaz Quliyev GÜNDƏMDƏ - Azərbaycan HƏRƏKƏTƏ KEÇİR

13186 17.04.2023 22:15 Son xəbər A A

“Naxçıvan Muxtar Respublikasında məhdud görmə şəraitindən asılı olaraq Ermənistan tərəfinə keçən və orada saxlanılaraq qeyri-insani davranış, şiddət, zorakılıq və təhqirlərə məruz qalan Azərbaycan hərbi qulluqçularına qarşı Ermənistanın qondarma cinayət işi açması, hökm oxuması gözlənilirdi. Bu barədə ilkin işartılar var idi”.

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloq xatırladıb ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bu xüsusda müxtəlif fikirlər söyləmişdi:

“Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan əllərinə düşən Azərbaycan hərbi qulluqçularından da öz məkrli niyyətləri üçün istifadə etməyə çalışır. Onları ən ağır maddələrlə cəzalandırmaqla prosesi siyasiləşdirməyə cəhd göstərir və nəticədə Azərbaycan qanunvericiliyini pozan erməni diversantlarla onların mübadiləsinin həyata keçirilməsinə cəhdlər göstərir. Bu, ilk dövrlərdən də məlum idi. Baş verən digər cinayət hadisəsini bizim hərbi qulluqçuların üzərinə yıxmaq və bununla müəyyən dividendlər qazanmaq niyyətləri açıq-aydın görsənirdi. Düşünürəm ki, Ermənistanın hazırkı durumda özü üçün müəyyən mənada qazanclı çıxmaq istəyi və fürsətcilliyi yenə də özünü göstərir. Sanki bütün proseslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin saxlanılmasını xatırladır. Həmin  dövrdə də onlara qarşı eyni maddələr tətbiq olunmuşdu. Bu gün də bizim əsgərlərimizə qarşı eyni münasibət sərgilənir. Düşünürəm ki, Azərbaycan bu faktı bütün beynəlxalq təşkilatlar, insan haqlarını qoruyan qeyri-hökumət təşkilatları qarşısında qaldırmalıdır. “Amnesty International”, “Human Rights Watch” kimi qərəzli təşkilatlar bu xüsusda praktiki addımlar atmalıdır. İlk növbədə əsgərlərimizin sağlamlıq durumu mütəmadi öyrənilməli, ailə üzvləri ilə rabitənin qurulması təşkil olunmalıdır. Eyni zamanda onların Azərbaycana qaytarılması üçün bütün imkanlardan maksimum dərəcədə istifadə etmək lazımdır”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR