İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilarə Əliyevadan Oqtay Əliyevin xatirəsinə duyğusal layihə – Video

729 18.06.2026 23:14 Şou-biznes A A

Əməkdar artist Dilarə Əliyeva mərhum həyat yoldaşı, “Soy” prodakşının rəhbəri Oqtay Əliyevin doğum günü münasibətilə duyğusal layihə təqdim edib.

Musavat.com xəbər verir ki, aktrisa bu dəfə həyat yoldaşının əziz xatirəsini yaşatmaq üçün xüsusi videomaterial hazırlayıb. Layihədə Dilarə Əliyeva Xalq artisti Xanım İsmayılqızının müəllifi olduğu “Bir də gəl” şeirini səsləndirib. Təsirli sözlər və kövrək musiqi müşayiəti ilə hazırlanan ekran işində cütlüyün birlikdə keçirdiyi xoş günləri əks etdirən arxiv görüntülərinə yer verilib.

Videoda Oqtay Əliyevin yaradıcılıq fəaliyyəti, ailə həyatından unudulmaz anlar və dostları ilə çəkilmiş kadrlar nümayiş olunub. Layihə sosial şəbəkələrdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb, çoxsaylı istifadəçilər mərhum prodüseri rəhmətlə anaraq Dilarə Əliyevaya dəstək mesajları ünvanlayıblar.

Qeyd edək ki, iyunun 19-da dünyaya gələn Oqtay Əliyev 2023-cü il martın 22-də baş vermiş ağır avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Könül

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR