İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilanyanın gəlirləri ŞOKA saldı

967 27.12.2023 14:12 Region A A

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Armen Dilanyan 2020-ci il dekabrın 12-də hazırkı vəzifəsinə təyin edilib. 2022-ci ildə o, İrəvanın Ərəbkir inzibati rayonunda 54 milyon 144 min drama (təxminən 134 min dollar) yeni mənzil alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

Bundan əvvəl Armen Dilanyanın 2004-cü ildə Vaqarşapat icmasında sənaye binası aldığı ortaya çıxmışdı. Qəzetin yazdığına görə, Dilanyanın bank əmanətləri ilin sonunda 3 milyon 200 min dram təşkil edib. Bank hesablarındakı qalıqlar 1 milyon 451 min dram, nağd pullar isə 55 min dollar, 20 milyon dram, 30 min avro olub. Buna görə məhkəmənin hakiminin Maliyyə Nazirliyi vasitəsilə ipoteka krediti götürdüyü qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR