İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatlar və tanınmış iş adamları Türkiyə üçün birləşdi

1336 07.02.2023 20:04 Gündəm A A

Azər Badamov: “Türkiyənin yanında olmalıyıq”

Hikmət Babaoğlu: “Millət vəkilləri də hərə öz imkanı daxilində yardım edə bilərlər”

Fəzail Ağamalı: “Mərkəzləşmiş qaydada ehtiyaclar qarşılanmalıdır”

Bəlli olduğu kimi, artıq Türkiyədə zəlzələdən zərər çəkmişlərə maddi dəstək etmək mümkündür. Bu dəstəyi ilk edənlərdən biri də millət vəkili, MM -in Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevadır. O, öz maaşından 909 manat həcmində yardım edib: 

“Hörmətli dostlar, artıq bildiyiniz kimi, qardaş Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub. Bu dəqiqələrə olan bilgilərə görə: 1000 nəfərədək həlak olan, 1000-dən çox yaralı var, 170-dən artıq bina isə dağılıb və dağıntılar altından arama-qurtarma axtarışları aralıqsız davam etdirilir.
Müraciətimiz MM Mədəniyyət Komitəsinin üzvü, Azərbaycan “Qızıl Aypara” Cəmiyyətinin sədri Novruz Aslanın təşəbbüsü ilə bağlıdır. “Qızıl Aypara” Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib. Bu kimi məsələlərdə zəngin təcrübəsi, ənənəsi olan Azərbaycan “Qızıl Aypara”sı qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə respublikamızın bütün imkanlı vətəndaşlarını, könül dostlarını humanitar yardıma qoşulmağa çağırır.

Azərbaycan “Qızıl Aypara”sının sədri, hörmətli həmkarımın çağırışına ilk dəstək verən həmkarı olaraq, mən də bu kampaniyaya 1000 AZN ianə etmişəm və həmkarlarımı, işadamlarımızı, imkanı olan hər kəsi mümkün miqdar ianə etməyə çağırıram”.

Musavat.com Milli Məclisin bir neçə üzvü ilə əlaqə saxlayıb və yardım kampaniyasında iştirak bağlı suallar ünvanlayıb. 

Azər Badamov: "Davosda keçirilən görüşlər bir daha göstərdi ki, ölkəmizə  böyük maraq var"

Millət vəkili Azər Badamov Musavat.com-a bildirdi ki, bank hesabı bəlli olduqdan sonra o da yardım kampaniyasında iştirak edəcək: “Türkiyənin kədəri kədərimizdir, acısı acımızdır. Ona görə də bu çətin dövrdə Türkiyənin yanında olmalıyıq. Kimin nəyə imkanı varsa, yardım etməyi vacib hesab edirəm. Kütləvi yardımlar üçün fond yaradıla bilər, yaxud bankda yardım hesabı açıla bilər. İsti paltarla, əşyalarla yardım etmək istəyənlər üçün məntəqə yaradılmalıdır ”.

Hikmət Babaoğlu: Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib - Yeni Gəncə

Deputat Hikmət Babaoğlu da açıqlamasında qardaş Türkiyədə baş verən zəlzələdən kədərləndiyini, faciəyə şərik olduğunu bildirdi: “Azərbaycan hər zaman Türkiyənin yanındadır. Azərbaycan dövlət qurumları da hər cür dəstəyi göstərir. İctimaiyyət də- imkanlı, həmçinin, tanınmış şəxslər, o cümlədən millət vəkilləri də bu kampaniyaya qoşula bilərlər. İnsanlar ağır fəlakətlə üz-üzə qalıblar. Millət vəkilləri də hərə öz imkanı daxilində yardım edə bilərlər. Bütün münasibətlərdə Azərbaycan qardaşlığını göstərməlidir çünki qardaş Türkiyə də hər zaman bunu göstərir. Koordinasiya üçün ixtisaslaşmış qurumlar var. Maliyyə dəstəyi göstərilməsini məqbul hesab edirəm, bu halda təcili lazım olan tələbatlar ödənilə bilər”. 

Oxu.az - Tək deputat maaşı ilə Fəzail Ağamalı bu qədər mülkü necə əldə  edib? – SİYAHI

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, millət vəkili Fəzail Ağamalı da yardıma hazır olduğunu bildirdi: “Azərbaycan dövləti zəlzələdən sonra yardıma başladı. Xilasedicilərimiz dərhal yola salındı. Təyyarələrlə yardım göndərildi.  Yaxşı olardı ki, Türkiyədə ayrıca bir fond açılsın, biz də dəstəyimizi göstərək. Mənə elə gəlir ki, belə məsələlər mərkəzləşmiş qaydada həllini tapmalıdır. Hər bir təşəbbüsü müsbət qarşılayıram. Mənə elə gəlir ki, maliyyə yardımına ehtiyac yoxdur. Mərkəzləşmiş qaydada ehtiyaclar qarşılanmalıdır-isti geyim və s. Mən də yardım etmək istəyirəm”.

Ehtiram Quliyev ölkə başçısı tərəfindən təltif edilib - Sizin Biznes  Bələdçiniz

Tanınmış iş adamları da  yardım kampaniyasına qoşulub. “Huner Group”un təsisçisi və rəhbəri, Vətən müharibəsində iştirakına görə Prezident mükafatçısı Ehtiram Quliyev yardım kampaniyasına ilk qoşulanlar oldu:

“Bu səhər gözlərimizi qardaş Türkiyədə baş verən dəhşətli xəbərlə açdıq. Ölkənin dörd bir yanını saran dəhşətli zəlzələ yüzlərlə insanın həyatına son qoyub, minlərlə insan isə dağıntılar altında fəryad edir. Bu faciə hər kəs kimi məni də çox dərindən sarsdı. Fiziki olaraq orada ola bilməsək də, soydaşlarımıza dəstək olmaq üçün nəsə edə bilərik. Biz Huner Group olaraq AFAD-a (Afet ve Acil Durum Yönetimi Başkanlığı) artıq öz dəstəyimizi göndərdik.

Əziz dostlar, yardımlaşmanın azı-çoxu yoxdur, fikrimcə. Hər birinizi mövcud imkanlarınız daxilində qardaş Türkiyəmizə dəstək olmaq üçün AFAD-a ianə etməyə dəvət edirəm. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir. Dualarımız səninlədir, Türkiyə!

Qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdə həyatını itirən, yaralanan və dağıntılar altında yardım gözləyən insanların acısı bizi dərin kədərə boğdu. Bu acıya ortaq olaraq biz də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna 500 000 TL dəstək göndərdik”.

Ruhi Əliyeva əkizlərinin görüntülərini paylaşdı

“Liatris Holding”in rəhbəri, iş xanımı Ruhi Əliyeva “Yeni Müsavat”a bildirdi ki, Türkiyədə zəlzələdən əziyyət çəkənlərə yardım kampaniyasına qoşulub: “Biz də Türkiyənin yanındayıq, qardaş xalqa əlimizdən gələn köməyi edəcəyik. Əlimizdən gəldiyi qədər yardım etməyə çalışırıq. AFAD-ın rəsmi saytı vasitəsilə 40 min TL ianə etmişəm. Hesab edirəm ki, maliyyə yardımı ən doğru yoldur”. 

Xatırladaq ki, Azərbaycan “Qızıl Aypara”sının onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edə bilərsiniz:

https://yardim.et/az/donations/bank/online

- Nağd pul vasitəsi ilə ianə etmək üçün “MilliÖn” və “eManat” ödəniş terminallarında xeyriyyəçilik bölməsində “yardim.et” düyməsindən yararlanmaq olar.

- SMS vasitəsi ilə ianə etmək üçün “Azercell” abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

- Elektron pul kisəsi vasitəsi ilə “hesab.az” saytından ianə etmək mümkündür.

(Mexanizm bu linkdə - https://musavat.com/news/turkiyeye-zelzeleden-zerer-cekenlere-nece-yardim-etmek-olar_955199.html)

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR