İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatla hərbi ekspert arasında şəhid sayı mübahisəsi

1688 05.07.2023 09:08 Siyasət A A

Akif Nağı: “İcra hakimiyyəti və ya sosial müdafiə strukturlarının ona bu rəqəmləri verməsi inandırıcı deyil”

“Mən Ədalət Verdiyevi təhqir etməmişəm, onun əleyhinə söz danışmamışam. Sadəcə, Heydər Əliyevə istinad olaraq demişəm ki, Ağdam 6 min şəhid verib”. Bu sözləri mediaya açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas hərbi ekspert Ədalət Verdiyevlə aralarında olan problemlə bağlı danışarkən deyib.

O bildirib ki, Ə.Verdiyevə xəbəri yanlış çatdırıblar: “Ağdamlıların toyunda çıxış edən zaman demişəm ki, "Ədalət Verdiyev deyir Ağdam 1200 şəhid verib, amma Ağdamda 6 min şəhid olub".

Deputat deyib ki, Ə.Verdiyev müharibədə iştirak edib: “Ədalət Ağdamda torpaq uğrunda vuruşanlardandır. Axı söz-söhbət nəyə lazımdır? Lap Ağdamın 6 min yox, 100 şəhidi var. Bu nəyi dəyişəcək? Statistikaya baxaq görək Ağdamdan çox şəhid verən var? Heç şəhidlərin hamısı siyahıya alınmayıb. ”Fred Asif" kimi tanınan qəhrəmanımız, komandir batalyon olan Asif Məhərrəmov şəhid statusu almadı".

Aqil Abbas deyib ki, bu sözləri toyda deməkdə pis məqsədi olmayıb: “Ağdamlı məclisi, qazi oğlunun toyu idi. Təbrik edən zaman Ağdamla və ağdamlılarla bağlı xoş sözlər deyəndə demişəm ki, "Ədalət Verdiyev də deyir ki, Ağdamın 1200 şəhidi var". İndi Ədalətə söhbəti necə çatdırıblar, bilmirəm. Facebook səhifəsində haqqımda paylaşım edib, hamı da məni söyür".

Ədalət Verdiyev: “Azərbaycan ordusu Xankəndiyə girsəydi nə ola bilərdi?” -  Oxu.az


Ədalət Verdiyev

Ədalət Verdiyev bildirib ki, bu, Ağdam uğrunda gedən döyüşlərdə həlak olanların ümumi sayı ola bilər, lakin bunun da rəsmi təsdiqi yoxdur.

Hərbi ekspert deyib ki, əgər A.Abbasın əlində belə bir statistika varsa, qoy rayonlar üzrə açıqlasın: “Birinci Qarabağ müharibəsində Ağdam qeydiyyatında olan 1027 şəhidi var. Onun 290 nəfəri mülki şəxslər, qalanları isə hərbçi və polislərdir. Bu məlumatlar həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, həm də Ağdam Rayon İcra Hakimiyyətində mövcuddur”.

Ə.Verdiyev deyib ki, Birinci Qarabağ müharibəsində 11557 nəfər şəhidimiz olubsa, onun 6 mininin Ağdamdan olması da məntiqə çox uyğun gəlmir.

İndiki zamanda belə bir müzakirənin aparılması uğursuz deyilmi? Əslində dəqiq statistika varmı?

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, bu rəqəmlər məxfi xarakter daşıyır. Bu barədə mübahisə xarakterli fikirlər aparılması uğursuzdur. Ədalət Verdiyevin o cür fikirləri eyni zamanda ziyanlıdır: “Onun 1027 rəqəmini haradan götürdüyü məlum deyil. İcra hakimiyyəti və ya  sosial müdafiə strukturlarının ona bu rəqəmləri verməsi inandırıcı deyil. Veriblərsə, Azərbaycan qanunlarına görə məsuliyyət daşıyırlar. İstənilən şəxsin şəhidlərimizlə bağlı yanlış fikir ifadə etməsi pislənməlidir. Ağdam şəhidləri ilə bağlı bu cür gündəmə gəlmək istəyi anlaşılan deyil. Ədalət Verdiyev deyir ki , guya haqq-ədaləti bərpa etmək istəyir. Bunun üçün başqa bir sahə tapmadımı, niyə məhz Ağdam şəhidlərini seçib?! Şəhidlər həm müqəddəs and yerimizdir, həm də dövlətin təhlükəsizliyi məsələsidir. Ona görə də xüsusi xidmət orqanları bu işlə maraqlanmalıdır. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bu adam, deyilənlərə görə, bəzi yerlərdə özünü "yuxarılara yaxın adam" kimi təqdim edir, bu tərəfdən də mərhum Prezident Heydər Əliyevin,  dövlət başçısı İlham Əliyevin fikirlərini təkzib edir. Sonda demək istəyirəm ki, şəhidlərimizin ruhlarını incitmək olmaz. Qısaca başqa bir məsələni də bu ekspertin nəzərinə çatdırmaq istəyirəm ki, bütün müharibələr, o cümlədən dünya müharibələrində itkilərlə bağlı fərqli fikirlər bu gün də var. Bu məsələni qabartmağa ehtiyac yoxdur".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR