İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan SENSASİON AÇIQLAMALAR - "Prezident Avropaya..."

1889 03.02.2024 10:56 Müsahibə A A

Anar İsgəndərov: “Erməni 70-ci illər xəritəsinə istinad eləsin, amma ondan soruşmaq lazımdır, 1918-20-ci illərdə mövcud olan  Cümhuriyyətin ərazisi nə qədər idi?”

Deputat, tarix elmləri doktoru, professor Anar İsgəndərov “Yeni Müsavat”a müsahibəsində Ermənistan rəhbərliyinin revanşa köklənmiş açıqlamalarına cavab olaraq tutarlı tarixi arqumentlər səsləndirib, ciddi suallar qoyub, hətta erməni, rus, avropalıların bizim haqlı olduğumuzu təsdiqləyən mənbələrindən bəhs edib. Müsahibəni təqdim edirik:

- Anar müəllim, Prezident İlham Əliyev Avropa İttifaqının rəhbərini qəbul edərkən ermənilərə havadarlıq edərək Azərbaycana qarşı qərəzli qətnamə qəbul edən Avropa Şurası Parlament Assambleyasına ciddi mesajlar ünvanladı, əks təqdirdə, Azərbaycanın bəzi Avropa qurumları ilə yollarının ayrılacağı barədə xəbərdarlıq ifadə olundu. Siz bu xəbərdarlığın perspektivini necə görürsünüz, Avropa təşkilatı ziyanın yarısından qayıdacaqmı?

- Əslində dövlət başçısı ümumiyyətlə, Avropanın nüfuzlu təşkilatlarına mesaj verdi. Mesajın mahiyyəti nədir? Azərbaycan Avropa ailəsinə daxil olub, Avropa ailəsini daha da zənginləşdirib. Əgər Avropa ailəsi Azərbaycana qısqanırsa, Azərbaycanın haqqını və hüququnu qəbul eləmirsə, onu tapdayırsa, onda Azərbaycanın Avropa təşkilatlarına ehtiyacı yoxdur. Azərbaycan Avropanın nüfuzlu təşkilatlarına nüfuzuna görə daxil olmuşdu. Çünki dünyanın ən demokratik dövlətlərindən biridir. Necə demokratik dövlət? Müsəlman şərqində ilk Cümhuriyyəti, həm də parlamentli Cümhuriyyəti quran bizik. Dünya tarixində rəngindən, irqindən, cinsindən asılı olmayaraq, Azərbaycanda 18-20-ci illərdə kimlər yaşayıbsa, Azərbaycan parlamentin hər birinə bir yer verib. Halbuki, bir millət vəkilinə, məbusu-milliyə 40 min seçici düşürdü. Hansı ki, nə polyakların, nə yəhudilərin, nə gürcülərin, nə almanların bu qədər seçicisi yox idi. Dövlətin demokratikliyinə bax, Avropaya nümunəvi ola bilən hərəkətə bax: hərəsinə bir yer. Və ya 1919-cu ilin iyulunda biz hələ Avropanın yuxusuna girmirdik, seçkilərdə qadın və kişilərə bərabərlik verdik. Dövlət başçısı da bir tarixçi, siyasi xadim, Ali Baş Komandan olaraq Avropaya növbəti dərsi keçdi. Azərbaycan heç nəyi itirmir. Azərbaycan inkişaf etmiş dövlətdir. İtirən, nüfuzuna ləkə salan Avropadır. Avropanın o dövlətləri ki, onların hansının tarixinə baxırsan, o tarixin 18, 19, 20-ci əsrləri qanla yazılıb. Dünyada ilk insan qanını kütləvi tökən Avropa ölkələridir. Onun cırtdan Niderlandı, böyük Fransası, Almaniyasıdır və o biriləri. Əslində bu dövlətlər dünya xalqlarına zülm ediblərsə, qətliam, soyqırımı törədiblərsə, bu gün onların haqqı varmı ki, bizə “orda oturmayın, burda oturun, orda sizin üçün yer yoxdur”, desinlər. Dövlət başçısının dünənki çıxışı da onu göstərdi ki, Azərbaycan xalqı öz yolunda uğurla irəliləyir. Azərbaycan xalqı öz hüququnu, haqqını və qazandıqlarını heç kimlə bölüşmək istəmir. Kim Azərbaycana dostdursa, onunla dostdur, kimin Azərbaycana münasibətdə sərt siyasəti varsa, Azərbaycan o siyasəti qəbul etmir və qəbul etməyəcək. Çünki bugünkü Azərbaycan 1990-cı ilin Azərbaycanı deyil ki, 1 milyon qaçqın-köçkünü olsun, torpaqlarının 20 faizi işğal olunsun, hakimiyyət uğrunda mübarizə getsin, ərazisi, iqtisadiyyatı və ordusu olmasın. Bu gün dünyada nümunə ola bilən bir Azərbaycan var.

- Dövlət başçısı onu da bildirib ki, Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.  Prezident qəti şəkildə ifadə edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Artıq Paşinyan da bu mövzuda danışmağa başlayıb. Bu barədə tarixçi nöqteyi-nəzərindən mövqeyiniz necədir?

- Ümumiyyətlə, erməni qədər məkrli və hiyləgər xalq yoxdur. Ağır ifadədir, amma deyirəm. Nə üçün? Tarixin bütün dövrlərində erməni heç bir zaman öz sözünün sahibi olmayıb. İmza qoyub, ona riayət etməyib. Elə 1918-20-ci illərdə Zəngəzurla bağlı bu tarix bizə dərsdir, ibrətdir. Dünyada ermənilərlə bağlı belə bir misal var: “Görüşə gələndə bir şey düşünür, görüş vaxt bir şey deyir, görüşdən sonra isə başqa hərəkət edir”. Sırf erməni xarakteristikasını ifadə edir. Bəli, ilk əvvəl Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı, sonra Türkiyə Cümhuriyyətinin 7 vilayətinə iddiaları, Ağrı dağı, Gürcüstanla bağlı iddialar, bütün bunlar hamısı onun Konstitusiyasında var. Ancaq əgər bu gün sülh müqaviləsi imzalayacaqsa... Sülh müqaviləsinə daha çox Ermənistan maraqlı olmalıdır. Onda onlar Ermənistanın Konstitusiyasından imtina etməlidir. Ola bilməz ki, bu tərəfdən sülh imzalansın, Azərbaycanın ərazi bütövlüyünü tanısın, desin ki, Qarabağ tarixi Azərbaycan torpağıdır, o biri tərəfdən Naxçıvan və Qarabağla bağlı iddialar onun konstitusiyasında öz əksini tapsın. Ona görə də Azərbaycanın dövlət başçısı bütün danışıqlarında ermənilərə ağıl verir, yol göstərir. Dövlət başçısı özü də çıxışlarında bildirib: Zaman gələcək, biz Ermənistanla qonşuluq münasibətində olacağıq, amma ermənilərin bizə qarşı törətdiklərini yaddan çıxartmamalıyıq! Bu gün Azərbaycanın dövlət “Qafqaz evi” üçün mümkün olanları edir, əgər qarşı tərəf bundan qaçırsa, gah Amerikanın, gah Avropanın, gah da Rusiyanın qucağına düşmək istəyirsə, bunlar erməni oyununun sonudur. Bir gün onun boğazından tutulacaq, qaldırılacaq, Zəngəzurdan aşağı buraxılacaq ki, bu da sənin canın! Erməninin başqa yolu yoxdur. 19-cu əsrdə onun göz yaşına inanırdılar, 20-ci əsrdə onlar bunu inkişaf etdirdilər, amma 21-ci əsrdə bununçün yer yoxdur. Yəni erməninin hiylələrinə yer qalmayıb. Erməni diasporu, erməni lobbisi nə edirsə, etsin, amma biz də bu mübarizədə qazanmışıq. Biz artıq erməniyə münasibətdə “yazıqdır” ifadəsini işlətmirik. Əksinə, Qareqin Njdenin təlimindən bu cümləni öz tələbələrimizə keçirik: “Sonuncu türk kar ola, lal ola, kor ola, o da öldürülməlidir!” Əgər erməni gəncləri belə bir faşist təfəkkürlü insanı ideoloq kimi qəbul edirlərsə, biz erməniyə niyə rəhm etməliyik, niyə yazığımız gəlməlidir? Əksinə, erməni məkrini başa düşdüyümüzə görə, Azərbaycan güclü orduya, güclü ideologiyaya, güclü dövlət başçısına və güclü xalqa malikdir. Xalq qalib, əsgəri qalib, Ali Baş Komandanı da zatən, dünəndən qalib!

cb4fbcd4-6172-4132-ab5d-c5783c2a7218.jpeg (303 KB)

“Tarixçi alimdən sensasion açıqlamalar: “Ey ədalətsiz dünya, bax, əgər erməni burada güc sahibiydisə, erməniyə dərin məhəbbəti olan rus çarı və onun generalı Sisianov o müqaviləni erməni ilə bağlayardı, niyə İbrahimxəlil xanla bağlayırdı?”

- Necə hesab edirsiniz, Ermənistan Müstəqillik Bəyannaməsinə və Konstitusiyasına dəyişiklik etməsə, onunla sülh imzalamağa dəyərmi?  Görünən budur ki, Paşinyan mürtəce sənədləri dəyişməyə çəkinir. O halda nələr baş verə bilər?

- Hər halda qalib Azərbaycandır, qaliblər ittiham olunmur. Qalib Azərbaycan nə məqbuldursa, onu diqtə edəcək və məğlub Ermənistan da onu qəbul edəcək. Yəni sülh müqaviləsi imzalanarkən əgər qeyd etdiklərimiz sülhə mane olursa, Azərbaycan üçün hardasa “təhlükə” varsa, Azərbaycan tərəfi təkid edəcək, istəyinə çatacaq. Çünki Azərbaycan təkcə bu bölgənin qalibi deyil. Azərbaycan 44 günlük müharibə ilə dünya dövlətləri içərisində qaliblər sırasındadır. Ona görə də bir daha deyirəm, artıq erməni siyasəti, hər bir bizim üçün gizli deyil, açıqdır.  

- Qarabağa ermənilərin qayıdışı və kompakt yaşamaq istəyinə necə baxırsınız? Prezident də bildirib, 300 min azərbaycanlı deportasiya olunub, amma Ermənistan onların yurdlarına qayıdışını təmin etmir. Belə olan təqdirdə, bu qədər pisliklərdən sonra ermənilərin birtərəfli qaydada Qarabağa qayıdışına izin verilməlidirmi?

-  Azərbaycan demokratik dövlətdir, xalqımız da böyük xalqdır. Erməni gələ bilər. Vaxtilə necə Qarabağa gəlib, azərbaycanlıların evində, tarlasında işləmək üçün, indi də gəlib Azərbaycana işləsinlər, biz işləyənlərin əleyhinə deyil. Ancaq daha erməni heç bir zaman orda separatçılıq edə bilməz. Amma bunu da deyirik ki, Azərbaycandakı bələdiyyə, parlament seçkilərində ermənilər də iştirak edə bilər. Amma məğlub erməninin sayı doğrudanmı o qədər çox olacaq ki, hansısa seçkidə qalib gələcəklər? Boş şeydir. Həm də 300 min azərbaycanlı... Hətta 300 min yox, deyim: 1931-ci ildə erməni tarixçi Korkodyan Moskvada kitab buraxıb: “Naseleniya Armeniya: 1831-1931". Həmin kitabda yazır: ”Birinci Dünya mühairəsi illərində bu ərazidə, yəni indiki Ermənistanda 565 min türk yaşayırdı. Birinci Dünya müharibəsindən sonra bu ərazidə cəmi 20 min türk qalmışdı. 1922-ci ildə Zaqafqaziya Federasiyası ayrılanda 80 min türk də geri qayıtdı. Onda adama sual verərlər: 565 min hara, qayıdanlarla birgə 100 min hara? Bəs, bu insanlar hara getdi, nə oldu? Yəni 1918-20-ci illərin soyqırımı, ən nəhayət, 1948-53-cü illərin deportasiyası, ən nəhayət, 80-ci illərin sonları, 90-cı illərin əvvəlləri...Bütün bunlar nə deməkdir? Azərbaycan xalqı tarix boyu erməni tərəfindən ən dəhşətli soyqırımlara məruz qalıb, biz bunu unutmamalıyıq. Bunu bizim orta məktəb şagirdimiz, ali məktəblərdəki tələbələrimiz, Azərbaycanın haqqını müdafiə edən diasporumuz bilməlidir ki, tarix boyu biz erməniləri qəddar bir qüvvə kimi tanımışıq. Bunların ideoloqu da, dövlət məmuru da, müəllimi, həkimi də Azərbaycanın düşməni olub. Ən dəhşətlisi...Hamımıza məlumdur, 1918-ci ilədək erməni dövləti olmayıb. Amma bu dövlətin funksiyasını kilsə yerinə yetirib. Erməni kilsəsi həmişə Azərbaycana düşmən olub və bu düşmənçiliklə bağlı ilk çağırışı da kilsə edib. Hansı ki, din Allahın insanlara verdiyi həyatın qorunması üçün təbliğat aparmalıdır. Amma erməni kilsəsi həmişə türk-müsəlmanlara düşmən olub, o düşmənçilik bu gün də davam edir.

- Ermənistan rəhbərliyi Azərbaycan ordusunun azad etdiyi mövqelərdən geri çəkilməsini istəyir, əlavə absurd iddialar səsləndirir. Sizcə, bütün bunlardan sonra nələr baş verə bilər?

- Erməni bir neçə dəfə cəhdlər göstərib, əvəzində nə olub? Azərbaycan bir az da öz tarixi torpaqlarına yaxınlaşıb. Bu gün Bala Göyçə bizdədirsə, Böyük Göyçə də bir azdan bizdə olacaq. Nə üçün? Çünki hələ bu gün də erməninin düşüncəsində revanşist meyillər var. Düşünürlər ki, belə etsəydik, məğlub olmazdıq. Bunlar hamısı boş şeylərdir. Xalq Dəmir Yumruq kimi birləşdi və dünyanın ədalətsiz dövlətləri nə qədər bizə təhdidlər etsələr də, boş şeydir, onların erməniyə heç bir xeyri olmadı. Əksinə, bizi bir az da birləşdirdi, güclü etdi və dostlarımızın sayı artdı.

- Ermənistan rəhbərliyi 70-ci illərin xəritələrinə istinad edir. Sizcə, niyə? Bu iddia Azərbaycanın 1918-20-ci illər xəritəsini danışıqlar masasına qoymağa əsas vermirmi? Sizin, tarixçi alim kimi, erməniləri susdurmaq üçün hansı əlavə arqumentlərimiz var?

- Yaxşı, erməni 70-ci illər xəritəsinə istinad eləsin, amma ondan soruşmaq lazımdır, 1918-20-ci illərdə mövcud olan  Cümhuriyyətin ərazisi nə qədər idi? Yaxud sənin Azərbaycan Xalq Cümhuriyyəti ilə mübahisəli torpağın nə qədər idi? Yaxud gürcülərin bizimlə mübahisəli torpağı nə qədər idi? 114 min kv.km hara getdi? Kimə verildi? Niyə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında sərhəd yarandı? Bu suallar da var, erməni bunlara cavab verə bilməz. Erməni nə vaxt ərazi sahibi oldu? 1920-ci ildə Gümrü müqaviləsi ilə. Ondan sonra isə Moskva - Qars müqavilələri ermənilərə həyat verib. Yaxşı, erməni o sərhədi necə müəyyən edə bilər ki, onun özü bura gəlmədi. Ermənilərin bura köçməsi ilə bağlı da yüzlərlə tarixi mənbələr var. Xoşbəxtlikdən o tarixi biz yazmamışıq, ermənilərin həmişə havadarı olan rus, avropalı yazıb. Onların yazdıqlarına baxanda Ermənistan yoxdur. Bəli, erməni fəhlə, çoban, çölçü, yer belləyən kimi var, amma erməni məmuru yoxdur axı. Əgər erməni doğrudan da böyük güc sahibi idisə... 

Dövlət başçısı da qeyd etdi, 1805-ci ildə, Kürəkçay Sülh Müqaviləsi imzalananda 11 maddənin birində də erməni adı yoxdur. Deməli, bunlar bura gəlmədir. Bunun üçün and içmək, hədələmək lazım deyil. Tarixi sənədi qaldırırıq, deyirik ki, ey ədalətsiz dünya, bax, əgər erməni burada güc sahibiydisə, erməniyə dərin məhəbbəti olan rus çarı və onun generalı Sisianov o müqaviləni erməni ilə bağlayardı, niyə İbrahimxəlil xanla bağlayırdı?  Çünki Qarabağın xanı İbrahimxəlil xan idi, azərbaycanlı idi, erməni deyildi.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR