İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan Makron Fransasını ifşa çıxışı

711 30.12.2023 11:33 Siyasət A A

Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə öz işinə başlayıb.

Musavat.com bildirir ki, deputat Etibar Əliyev iclasda Makron Fransasının məkrli siyasətini ifşa edib.

“XX əsr Fransanın böyük yazıçısı və mütəfəkkiri Pol Valeri 1927-ci ildə “Fransanın obrazı” essesində yazır: “Fransız xalqı qədər ziddiyyətli və əsəbi xalq yoxdur. Fransa yeganə ölkədir ki, ironiya öz tarixi rolunu qədərincə oynayıb. İroniya bir neçə rejimin süqutuna gətirib çıxarıb”. İroniya yunan sözüdür mənası “yalan” və “hiylə”dir. Makronun ironiyası da başına bəla olub. Adətən, hansısa siyasi xadimin bioqrafiyası ilə maraqlananda deyirlər ki, müəllimi kim olub. Emmanyuel Makron XX əsrin nəhəng filosoflarından biri Sorbona Universitetinin professoru Pol Rikyörun 1999-2001-ci illərdə köməkçisi olmuşdur. Makron sözün əsl mənasında böyük filosofdan yaxşı heç nə öyrənməyib. Pol Rikyör müsahibələrinin birində deyir: “Filosoflar siyasətin dilini təkminləşdirməlidirlər və insanların bir-birilərini aydın başa düşmələrinə kömək etməlidirlər. Siyasətçilər həqiqətin carçısı olmalıdırlar.” Makron şərin carçısına çevrilib. Nikolya Sarkozinin etirafı da çox yaxşıdır. Görsənir ki, Russonu oxuyub”-deputat bildirib.
E.Əliyev ardınca deyib: “Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin müəllifi olduğu “Mənim “nöqteyi nəzərim” kitabında yazır:

"Fransa dəyişib. Fransa özünüdərk böhranını yaşayır. Sosial model özünü iflasa uğratdı, bizim daxili birliyimiz laxlayır. Mən dəyişmişəm. Məni həyat dəyişib. 50 yaşım tamam olub. Mənim həyata baxışlarım 30-40 yaşlarım olduğu dövrlərdən tam fərqlidir. Mən sakit və müdrik olmuşam. Mən perspektivləri görməyə başlamışam. Artıq qələbə çalmağa cəhd etmirəm, inandırmağa cəhd edirəm. Məni dəyişdirən hakimiyyət oldu.”

Makron da dəyişib. Amma yaxşılığa doğru yox! 50 yaşının tamam olmasına 4 il qalıb.
Fransanın böyük dövlət adamlarından biri üç dəfə baş nazir olan, üç dəfə parlamentin sədri seçilən, beynəlxalq Sülh mükafatına layiq görülən Eduar Errio 1933-cü ildə Ankaraya səfərindən sonra Fransa mətbuatına belə bir açıqlama vermişdi: "Çəkinmədən deyə bilərəm ki, Mustafa Kamalın köməkçisi olmaq istəyərdim. Hər axşam onun süfrəsində oturmaq, fikir və düşüncələrindən qidalanmaq üçün katibi olmaq istəyərdim. Mustafa Kamalın süfrəsində yenidən universitet bitirərdim”.

Deputat ardınca xatırladıb ki, öyrənmək istəməyən Makronu dəyərli Rəcəb Tayyib Ərdoğan belə tənbeh edib: “Makron, sən get hələ "sarı jiletlilər" məsələsini həll elə. Hazırda bütün "sarı jiletli" vətəndaşların küçələrdədir. Sən hələ bunu həll elə. Mənim ölkəmdə indi elə problem yoxdur. Biz əmin-amanlıq içindəyik, rahatıq. Amma onlar bizim də sakitliyimizi pozmaq istəyirlər.”

Bizim ölkəmizdə də əmin amanlıqdır. Və bizim də sakitliyimizi poza bilməzlər. Ermənistana nə qədər silah versələr də qatar artıq çoxdan keçib. Fransa ilə Ermənistana bu qatarın dalınca baxmaq qalacaq.
Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Ümummilli liderimiz Heydər Əliyev Strasburqa gedərək orda çıxış etdi. Dedi ki, biz, əlbəttə Avropa dəyərlərini mənimsəməyə gəlmişik. Amma eyni zamanda əliboş gəlməmişik. Biz də öz dəyərlərimizlə gəlmişik. Yəni, Azərbaycan dəyərləri də dünyaya təqdim edildi”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR