İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputatdan dərmanlarla bağlı mühüm təklif

909 11.04.2023 12:33 Son xəbər A A

Milli Məclisin iclasında çıxış edən deputat Tahir Kərimli “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zamanı vətəndaşların dərman vasitələrinə əlçatanlığı ilə bağlı problemlərin olduğunu söylədi.

Deputat bildirdi ki, bu sahədə vəziyyət narahatlıq doğurur. O, Azərbaycanda kütləvi xəstəliklərlə bağlı dərmanların əhaliyə pulsuz verilməsi təklif etdi. Bildirdi ki, əgər mümkünsə, bütün əhaliyə, yox, əgər mümkün deyilsə, kasıb, qazi, ailələrinə dərmanlar pulsuz paylanılsın: “Həmin əhali üçün apteklər açılsın, dərmanlarla təmin olunsunlar. Heç olmasa daha aşağı qiymətə satılsın ki, əhali o dərmanları ala bilsin. Tarif Şurası da buna nəzarət edə bilər”.

T.Kərimli Tarif Şurası ilə bağlı iradını da əlavə etdi: “Tarif Şurasından heç vaxt eşitmədik ki, qiymətləri bir dəfə aşağı salsın. Elə hər dəfə qiymətləri qaldırır”.

E.Paşasoy,

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR