İlkin nəticələrə görə, 61 yaşlı demokrat Eylin Higgins Mayami mer seçkilərində səslərin təxminən 20%-lik üstünlüyü ilə Donald Trampın dəstəklədiyi respublikaçı Emilio Qonsalesi qabaqlayır.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, şəhər əhalisinin böyük hissəsini Kuba, Venesuela, Nikaraqua və digər Latın Amerikası ölkələrindən olan, əsasən mühafizəkar baxışlı immiqrantlar və onların övladları təşkil edir.
Higgins seçki kampaniyasını Trampın miqrasiya siyasətinin tənqidinə yönəldib, həmçinin ABŞ-ın ən bahalı şəhərlərindən biri olan Mayamidə əlçatan mənzil tikintisini genişləndirməyi vəd edib.
Mayami mer seçkilərində demokratın qələbəsi, eləcə də payızda iki ştatda qubernator seçkilərində və Nyu-York meri seçkilərində demokrat namizədlərin qalibiyyəti demokratlara 2026-cı ilin payızında keçiriləcək aralıq Konqres seçkilərində uğur qazanacaqlarına ümid verir.
Musavat.com






