İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratik ABŞ Assanjdan niyə əl çəkmir - rəy

437 28.03.2024 10:55 Siyasət A A

Hələlik məhkəmə ona şans tanıdı, amma...

ABŞ 12-13 il əvvəl Qərbin bir sıra gizli planlarını ifşa edən, bundan dünyanı xəbərdar edən “WikiLeaks”in təsisçisi Culian Assanjdan əl çəkmir. Beynəlxalq hüquqa zidd olsa da, ABŞ söz və ifadə, media azadlığından ağızdolusu danışıb, bir sıra ölkələrə buna görə təzyiqlər göstərdiyi halda, özü Assanjın həyatını qaraldıb...

Birləşmiş Ştatlar onun ekstradisiyası üçün bütün imkanlarını səfərbər edib. Martın 26-da Böyük Britaniya məhkəməsi buna dair məsələyə baxıb, Culian Assanja ABŞ-a ekstradisiyaya qarşı mübarizədə möhlət verib.

Böyük Britaniyanın Ali Məhkəməsinin hakimləri “WikiLeaks”in təsisçisinə onun Böyük Britaniyadan çıxarılmasına etiraz etmək icazəsi verib.

Əgər Assanja müraciət etmək icazəsi verilməsəydi, o, bir neçə gün ərzində ABŞ-a ekstradisiya edilə bilərdi.

İki günlük dinləmədə onun vəkilləri Assanj və "WikiLeaks" tərəfindən Əfqanıstan, İraq müharibələri ilə əlaqəli minlərlə məxfi və diplomatik sənədin dərc edilməsi ilə bağlı ittihamların siyasi motivli olduğunu və ekstradisiya tələbinin qanunsuz olduğunu müdafiə ediblər.

Ali Məhkəmənin iki hakimi - Viktoria Şarp və Ceremi Conson qərar veriblər ki, vəkillər Assanjın məsələsinin mübahisəli bir iş olduğunu və apelyasiya məhkəməsinə göndərilməli olduğunu təsdiqləyə biliblər.

ABŞ niyə Assanjdan əl çəkmir? Onun israrla Amerikaya aparılması istəyinin səbəbi nədir? 

Ermənistan törətdiyi cinayətlərin məsuliyyətini daşımalıdır - Mətin Məmmədli

Mətin Məmmədli

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli “Yeni Müsavat”a şərhində bildirdi ki, ABŞ-ın Culian Assanjın ekstradisiyasında israr etməsi onun əhəmiyyətli məlumat daşıyıcısı olması ilə əlaqədardır: “Onun cinayət işi ABŞ tarixində ən  böyük məlumat axını ilə bağlıdır. Culian Assanj vaxtilə böyük dövlətlərin, o cümlədən ABŞ-ın məxfi sənədlərinin yayılmasında ittiham olunur. Düşünürəm ki,  onun ABŞ-a ekstradisiya edilməsində məqsəd bu qədər əhəmiyyətli məlumat daşıyıcısının nəzarət altında saxlanmasıdır. O cümlədən ondan müəyyən informasiya əldə etmək məqsədi də güdülə bilər”.

Elxan Şahinoğlu: Prezident yeni bir ənənənin başlanğıcını qoydu - "İki  sahil"

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ABŞ Culian Assanjın  ekstradisiyasına nail olmaqla başqalarına da dərs vermək istəyir: “ABŞ-ın sirləri məhz Assanjın rəhbəri olduğu ”WikiLeaks" vasitəsilə açıldı. Ordu mərkəzindən ələ keçirilən informasiya, İraq və başqa əməliyyatlar, yazışmalar, əksər dövlətlərlə bağlı sirlərin açılması ilk növbədə ABŞ-ın imicinə ciddi zərbə vurdu. Məxfi məlumatların başqalarının əlinə keçməsi ciddi zərbə sayılır. Buna görə də ABŞ israra davam edir. Vaşinqton həm də başqalarına dərs vermək istəyir. Assanjı boş buraxsa, başqaları da ABŞ-a ziyan vura bilərlər".  

Xatırladaq ki, “WikiLeaks” anonim mənbələrdən götürülmüş məxfi məlumatları və ya sızan məlumatları dərc edən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Culian Assanj 2006-cı ildə məxfi və şəxsi materialların mübadiləsi üçün "WikiLeaks" layihəsini yaratdı. Onun saytında casus qalmaqalları, hakimiyyətin ən yüksək təbəqələrinin korrupsiya əməlləri, müharibə cinayətləri, ABŞ diplomatiyasının sirləri barədə böyük həcmli materiallar dərc edildi. 

2019-cu ilin aprel ayında ABŞ hökuməti Assanjı kompüterə müdaxilə etməkdə ittiham edən akt tərtib edib. O zamandan etibarən Assanj Belmarş Həzrətlərinin həbsxanasında saxlanır. Burada cəmiyyətə və milli təhlükəsizliyə təhlükə törədən cinayətkarlar və müttəhimlər saxlanır. Assanjın Londondan saxlanmasının əsas səbəbi ABŞ hökumətinin onun ekstradisiya ilə bağlı səylərinin Britaniya məhkəmələrində mübahisə yaratmasıdır. 2019-cu ilin may ayında Amnesty İnternational bu iş haqqında belə bir açıqlama vermişdi: “Culian Assanj işi yaxından izlədiyimiz, lakin üzərində fəal işləmədiyimiz bir işdir. Amnesty İnternational Culian Assanjı vicdan məhbusu hesab etmir. 2019-cu ilin mayında və 2020-ci ilin iyununda ABŞ hökuməti Assanja qarşı yeni ittihamlar açıqladı, onu 1917-ci il Casusluq Aktını pozmaqda və hakerlərlə sui-qəsddə ittiham etdi”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR