İnsanlara hürriyət, millətlərə istiqlal!

Demet Akalın azərbaycanlı FHN-çilərin fotosunu paylaşıb, təşəkkür etdi - FOTO

2795 08.02.2023 11:56 Gündəm A A


Türkiyəli müğənni Demet Akalın Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında həmyerlilərimizin fotosunu paylaşaraq, “Azərbaycan ikinci çevik xilasetmə qüvvələrini Türkiyəyə göndərdi. Mənim qınalı quzularım canım Bakı, təşəkkürlər”, - sözlərini yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri artıq qardaş ölkədədirlər.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR