İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - FOTO, VİDEO

1336 14.05.2024 00:05 Hadisə A A

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub.

Lent.Az-ın məlumatına görə, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış.

Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin “Chevrolet” markalı avtomobilə çırpılması nəticəsində Samir Həsənov ağır xəsarət alıb, xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

***

Zaqatalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, mayın 13-də saat 17 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində VAZ-21013 markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.

Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü Samir Həsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR