İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ QƏTL: Uşaqlarının gözü önündə həyat yoldaşını vəhşicəsinə öldürdü - VİDEO

1053 21.05.2023 16:05 Kriminal A A

Türkiyənin Antalya şəhərində dəhşətli qətl hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, kişi həyat yoldaşını uşaqlarının gözü önündə qətlə yetirib.

Əldə edilən məlumatlara görə, qadın məhkəmədən həyat yoldaşı haqqında “uzaqlaşdırma qərarı” alıb.

Buna görə həyat yoldaşının yanına gələrək onunla mübahisə edən Metin Sümer 4 uşaq anası Ceylan Sümeri uşaqlarının gözü qarşısında boynundan və kürəyindən çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Metin Sümer qətli törətdikdən sonra yaxınlarına zəng edərək vəziyyəti izah edib.

Metin Sümer daha sonra polis qruplarına könüllü şəkildə təslim olub. Qətl zamanı evdə cütlüyün 4, 5, 7 və 11 yaşlı uşaqlarının da olduğu öyrənilib və uşaqlar polis qrupları tərəfindən mühafizə altına alınıb.

Əri tərəfindən öldürülən Ceylan Sümerin cəsədi polis və prokurorluğun araşdırmasından sonra yarılma üçün Antalya Ədliyyə Tibb Təşkilatı Morquna aparılıb.

Hadisə ilə bağlı polis araşdırmalarını davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR