İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:Keçmiş deputatı və qardaşını canlı yayımda güllələdilər - ANBAAN VİDEO

2062 16.04.2023 15:00 Hadisə A A

Hindistanda müxtəlif cinayətlərə görə həbsdə olan keçmiş deputat və qardaşı canlı televiziyada jurnalistlərə danışarkən silahlı hücumda həlak olublar.

Musavat.com xəbər verir ki, canlı yayımda iki qardaşın güllələnmə anı kameralara əks olunub.

Hadisədən sonra təcavüzkarlar polisə təslim olublar.

Hadisə iki qardaşın həbsxanadan tibbi müayinəyə aparılması zamanı baş verib. Belə ki, Hindistanda polis nəzarətində olan Atiq Əhməd və qardaşı Əşrəf Əhməd tibbi müayinədən keçmək üçün həbsxanadan xəstəxanaya aparılarkən, Uttar Pradeş ştatının Prayaqrac şəhərində jurnalistlərin arasına qarışan üç nəfər onlara hücum edib.

Həmin vaxt jurnalistlərə açıqlama verən iki qardaşın güllələnmə anı canlı yayımda kameralara əks olunub. Hücum edənlər hadisədən sonra polisə təslim olublar. Hücum edənlərdən biri təslim olarkən o, hindu millətçilərinin müsəlmanlara qarşı kampaniyalarında istifadə etdikləri "Jai Shri Ram" (Lord Ramaya şöhrət) şüarını da səsləndirib.

Polis rəsmilərinin bildirdiyinə görə, hücum edənlər motosiklet ilə iki qardaşa yaxınlaşaraq yaxın məsafədən başlarına atəş açıblar.

Qeyd edək ki, 60 yaşlı Atiq Əhməd adam oğurluğunda təqsirli bilinərək 2019-cu ildə həbs cəzasına məhkum edilib. Müxalifət partiyaları hadisəni təhlükəsizlik baxımından zəiflik kimi qiymətləndirib və hökuməti günahlandırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR