İnsanlara hürriyət, millətlərə istiqlal!

Dədə Süleymanın qızı qardaşının iddialarına cavab verdi

2027 12.11.2023 21:48 Son xəbər A A

Xəbər verdiyimiz kimi, mərhum Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) oğlu Cümşüd efirə çıxaraq bacısı Aygün Abdullayevanın atasından qalan mülkləri ələ keçirdiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, mərhum sənətkarın qızı Aygün Abdullayeva "Bizimləsən" verilişinə gələrək qardaşının irəli sürdüyü ittihamlara cavab verib. Aygün bildirib ki, Cümşüd etibarnaməni ona öz istəyi ilə verib. Lakin qardaşının göndərdiyi etibarnamə onun evinə gəlib çıxmayıb:

"Həbsxanada olan zaman bir gün Cümşüd mənə zəng vurdu. Söylədi ki, mən bir səhv etmişəm etibarnaməni vermişəm oğluma. Həyat yoldaşım deyib ki, etibarnamə ver, evi satıram. Mənim əlimdə həmin evin çəkilən şəkilləri var. O şəkillər də evin satılması üçün çəkilib. Diqqətlə baxsanız görərsiniz ki, ev çox səliqəlidir. Şəkillərdə ev alqı-satqı saytına yerləşdirilib. Cümşüdün yanında həbsxanada olan digər yoldaşları ona səhv etdiyini deyiblər. Bir ailə ki, səni tərk edir və həyat yoldaşın boşanma sənədini həbsxanaya göndərirsə, sən ev haqqını tələb et. Sonra Cümşüd mənə həbsxanadan zəng vurub, ağlayaraq söylədi ki, sənə etibarnamə verirəm və yanımda yoldaşlarım deyir ki, həbsxanadan çıxandan sonra küçədə qalacaqsan, ona görə də etibarnaməni bacına ver. Atam da zəng vurub Cümşüdlə danışanda eyni sözləri ona söyləyib və deyib ki, sənin ev haqqın var. Cümşüd həmin etibarnaməni yollayıb. Amma o yolladığı etibarnamə evimə gəlib çatmadı. Çümşüdün dediyi sözlərin hamısı yalandır. Siz ona inanmayın".

Xanəndənin qızı qardaşının zirzəmidə yaşamasını yalanlayıb. Belə ki, Aygün vurğulayıb ki, Cümşüd ailəsi ilə barışıb və hazırda onlarla 3 otaqlı evdə yaşayır:

"Çümşüd mənim qardaşımdır. Ondan imtina etməmişəm. Dekabrın 3-ü 40 min manatla hökumətin notariusuna getdik və o sənədə imza atdıq. Sual verin mənə ki, Aygün, sən o pulu niyə evində qardaşın Cümşüdə vermədin? Cümşüd gedib, o uçuq, zirzəmi kimi bir yerdə guya ki yaşayır. Cümşüd 3 otaqlı evindən çıxıb, gedib o yerdə qalır. Həmin zirzəminin yiyəsi Arzuxan adında şəxsə xahiş edib ki, mənə bir həftə vaxt ver, burada qalıb, hansı şəraitdə yaşadığım haqda verilişdən gəlib süjet çəkiləcək. Qoy camaat bilib, görsün ki, mən bu cür şəraitdə yaşayıram. Cümşüd atamız Dədə Süleymanın evindən ona görə qovulub ki, qardaşımın xəstəliyi tutub və atasının yanına qaçaraq başlayıb onu boğmağa. Bəli, Cümşüd atamızı boğub. Buna görə isə mən qardaşımı qınamıram. Atam qaçıb həyətimizə, başlayıb qışqırmağa ki, tez köməyə gəlin”.

Proqramda Aygünün verilişə təqdim etdiyi atası Dədə Süleymanın sağikən oğlu Cümşüd haqda gileylənməsinin səs yazısı yayımlanıb. Səsdə "Cümşüd yarımçıq anadan olub. Cümşüd 5-6 aylığında anadan olub. O ancaq ziyankardır. Sənin (qızı Aygünü nəzərdə tutur - red.) qadan-balan hamısı onların başına gəlsin. Aygünüm, heç zaman. Aygün qızım mənə oğulluq, analıq, bacılıq edir".

Qeyd edək ki, Cümşüd daha əvvəlki açıqlamasında bildirib ki, atasından qalan mülkləri bacısı Aygün Abdullayeva ələ keçirib. Bundan sonra o, küçələrdə qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR