İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ-2026: Fransa 1/2 FİNALDA - VİDEO

1479 10.07.2026 02:07 İdman A A

Dünya Çempionatında ilk yarımfinalçının adına aydınlıq gəlib. 1/4 final mərhələsinin açılış oyununda Fransa və Mərakeş milliləri qarşı-qarşıya gəlib.

Musavat.com xəbər verir ki, gərgin keçən qarşılaşma Fransa seçməsinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Matçın ilk hissəsində hesab açılmasa da, ikinci hissədə fransızlar təzyiqi artırıblar. Oyunun 60-cı dəqiqəsində Kilian Mbappe rəqib qapısına yol taparaq komandasını önə keçirib. Bu qoldan cəmi 6 dəqiqə sonra — 66-cı dəqiqədə Usman Dembele fərqi ikiqat artıraraq matçda son nöqtəni qoyub.

Mərakeş millisini turnirdən kənarlaşdıran Fransa bu qələbə ilə adını yarımfinala yazdıran ilk komanda olub.

***

Fransa fərqi artırır: Dembele hesabı 2-0 etdi

Dünya Çempionatının 1/4 final mərhələsində Fransa millisi qələbəyə doğru inamla irəliləyir.

Musavat.com xəbər verir ki, ilk qoldan cəmi 6 dəqiqə sonra — matçın 66-cı dəqiqəsində Usman Dembele rəqib qapısına yol taparaq hesabı 2-0 edib.

Bu qolla Fransa növbəti mərhələyə yüksəlmək və turnirin ən güclü 4 komandası sırasına daxil olmaq şansını xeyli artırıb. Mərakeş müdafiəsi isə fransızların ardıcıl hücumları qarşısında çətin anlar yaşayır.

***

Dünya Çempionatının 1/4 final mərhələsində gərgin keçən Fransa - Mərakeş qarşılaşmasında gözlənilən qol gəldi.

Matçın 60-cı dəqiqəsidə Kilian Mbappe rəqib qapısına yol taparaq "üç rənglilər"i hesabla irəli keçirib.

Oyundan mühüm detallar:

Mbappenin qolu: İlk hissədə penaltidən yararlana bilməyən super ulduz, 60-cı dəqiqədə özünü bağışlatdı və komandasını 1-0 öndə qoydu.

Qaçırılan penalti (28'): Matçın 28-ci dəqiqəsində təyin olunan penalti zərbəsini Mərakeşin qapıçısı Yassine Bounou uğurla dəf etmişdi.

Final uğrunda mübarizə: Boston Stadiumunda keçirilən bu gərgin yarımfinal qarşılaşmasının qalibi Dünya Çempionatının yarımfinalına vəsiqə qazanacaq.

6e1daad5-9876-45f2-a7a2-26ae067aa781.jpg (63 KB)

***

DÇ-2026: Fransa və Mərakeş ilk hissədə bərabər qaldı

Futbol üzrə Dünya Çempionatının yarımfinalında keçirilən Fransa – Mərakeş matçının ilk hissəsi başa çatıb.

Musavat.com xəbər verir ki, komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.

İlk 45 dəqiqədə topa sahib olma göstəricisində Mərakeş üstün olub – 51 faiz, Fransa isə 49 faizlə oynayıb. Fransa rəqib qapısına daha çox zərbə endirsə də, hesabı aça bilməyib.

İlk hissənin statistikası:

Zərbələr: 13 – 0
Qapıya zərbələr: 3 – 0
Künc zərbələri: 3 – 1
Sarı vərəqələr: 0 – 0

***

DÇ-2026: Mbappe penaltidən yararlana bilmədi

Futbol üzrə Dünya Çempionatının yarımfinalında Fransa – Mərakeş qarşılaşmasında maraqlı an yaşanıb.

Musavat.com xəbər verir ki, görüşün 28-ci dəqiqəsində Fransa millisinin hücumçusu Kilian Mbappe penalti zərbəsi yerinə yetirib.

Lakin ulduz futbolçu fürsətdən istifadə edə bilməyib və hesabı açmaq mümkün olmayıb.

23:58***

DÇ-2026: Fransa və Mərakeş yarımfinalda qarşılaşır

Futbol üzrə Dünya Çempionatında 1/4 final mərhələsinin növbəti oyunu keçirilir.

Musavat.com xəbər verir ki, Fransa millisi Mərakeş yığması ilə üz-üzə gəlir.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayır. Komandalar yarımfinala yüksəlmək uğrunda mübarizə aparır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR