İnsanlara hürriyət, millətlərə istiqlal!

DÇ 2026: Fransa–İraq oyunu qeyri-müəyyən müddətə dayandırıldı - VİDEO

1308 23.06.2026 02:09 İdman A A

Filadelfiyadakı stadionda fırtına və ildırım təhlükəsi ilə bağlı xəbərdarlıq edildikdən sonra tamaşaçılar tribunlardan təxliyə olunub. Bu səbəbdən matçın ikinci yarısının startı gecikib.

Dünya çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində keçirilən Fransa–İraq qarşılaşması əlverişsiz hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə dayandırılıb. 

Stadionun nəhəng monitorlarında azarkeşlərə xəbərdarlıq edilib: "Şiddətli ildırımlı tufan yaxınlaşır. Xahiş olunur, açıq oturacaq zonalarını tərk edin və stadion rəhbərliyinin göstərişi ilə sığınacaqlara keçin".

Hazırda tribunadakı minlərlə azarkeş yağışdan qorunmaq üçün yağış plaşlarını geyinərək qapalı sahələrə doğru təxliyə olunur. Xatırladaq ki, oyun dayandırılana qədər Fransa 1:0 hesabı ilə öndə idi.

Oyunun ilk hissəsinin sonlarına yaxın başlayan şiddətli yağış matçın normal gedişinə mane olub. Bu səbəbdən hakimlər və təşkilatçılar qarşılaşmanın davam etdirilməsi ilə bağlı qərarı təxirə salıblar.

Dayandırılan ana qədər Fransa millisi Kylian Mbappenin 14-cü dəqiqədə vurduğu qolla 1:0 hesabı ilə öndə olub.

Matçın ikinci hissəsinin nə vaxt bərpa olunacağı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

***

Dünya çempionatının qrup mərhələsinin ikinci turunda Fransa və İraq milliləri arasında keçirilən oyunun ilk hissəsi Fransa yığmasının minimal üstünlüyü ilə başa çatıb.

Görüşdə yeganə qolu 14-cü dəqiqədə Kylian Mbappe vurub. İlk hissənin sonlarına doğru stadionda şiddətli yağış yağıb. Buna baxmayaraq, Fransa millisi topa daha çox nəzarət edib və statistik göstəricilərdə də rəqibini üstələyib.

Topa sahib olma: 58% — 42%
Zərbələr: 7 — 2
Qapıya zərbələr: 1 — 0
Künc zərbələri: 1 — 1
Qayda pozuntuları: 5 — 2
Sarı vərəqələr: 0 — 1

Hazırda Fransa İraq qarşısında 1:0 hesabı ilə öndədir.

***

Fransa millisi İraqa qarşı keçirilən dünya çempionatı matçında hesabı açıb.

Komandanın ulduz futbolçusu Kylian Mbappe 14-cü dəqiqədə fərqlənərək Fransa yığmasını önə keçirib. Fransa hazırda İraq qarşısında 1:0 hesabı ilə irəlidədir.

01:00***

2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Fransa və İraq milliləri arasında oyun başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 01:00-da start götürüb. Komandalar qrupda vacib xallar uğrunda mübarizə aparırlar.

Matçın gedişi və nəticəsi ilə bağlı yenilikləri təqdim edəcəyik.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR