Dünya Çempionatı- 2026 ilklərlə tarixə keçməkdə davam edir. Hazırda keçirilən Meksika-CAR oyununda daha bir şok yaşanıb.
Belə ki, mundialın açılış oyununda Cənubi Afrika Respublikasının millisi ikinci qırmızı vərəqə ilə üzləşərək meydanda cəmi 9 futbolçu ilə qalıb. Themba Zwane cəzalandırılıb.
Bununla da turnirin ilk komandası olaraq iki oyunçusunu itirən Afrika təmsilçisi dünya çempionatının ilk böyük intizam böhranının mərkəzinə çevrilib.

Açılış qarşılaşmasında ard-arda göstərilən qırmızı vərəqələr oyunun taleyinə ciddi təsir edib. Azlıqda mübarizə aparmağa məcbur qalan Cənubi Afrika Respublikası həm müdafiədə, həm də hücumda böyük çətinliklərlə üzləşib. Mundialın startında yaşanan bu hadisə 2026 Dünya Çempionatının ən diqqətçəkən ilk rekordlarından biri kimi tarixə düşüb.
Cavanşir Abbaslı
Musavat.com






