İnsanlara hürriyət, millətlərə istiqlal!

David Stepanyan: "Ermənistan üçün KTMT-dən çıxmaq sadəcə zaman məsələsidir"

760 11.11.2023 12:31 Siyasət A A

Ermənistan üçün KTMT-dən çıxmaq sadəcə zaman məsələsidir, çünki əslində Ermənistan artıq KTMT-də deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi şərhçi David Stepanyan noyabrın 9-10-da Brüsseldə keçirilən “Ermənistanın strateji gələcəyi” konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, onsuz da Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur və deyəsən təşkilatın da İrəvanda hər hansı ofisi mövсud deyil.

“Mən KTMT-nin əvvəldən ölü struktur olması ilə bağlı çoxdankı tezisimi bir daha təkrar etməliyəm. Sevincimdən görürəm ki, bizim hakimiyyət KTMT-dən çıxmaq üçün sanki siyasi xətt götürüb və ümid edirəm ki, bu təşkilata üzvlüyümüz tezliklə həmişəlik bitəcək”, - deyə erməni politoloq bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR