İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaklar sabah aksiya keçirəcək

662 16.03.2022 16:10 Region A A

 

Martın 17-də saat 13:00-da ARF Daşnaksutyun Gənclər Birliyi, eləcə də Ermənistan Respublika Partiyasının gənclər və tələbə təşkilatları Xarici İşlər Nazirliyinin qarşısında birgə aksiya keçirəcək.

Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

 Daşnaksutyun Gənclər Birliyinin bəyanatında aksiya barədə anons edilib. İddiaya görə, xüsusilə respublikanın xarici işlər nazirinə xatırladılacaq ki, bu qurum erməni xalqının real maraqlarını təmsil etmir. “Qarabağda dərinləşən sistemli humanitar və təhlükəsizlik böhranı kontekstində Ermənistanın de-fakto hakimiyyəti sırf Türkiyə-Azərbaycan tandeminin maraqlarından çıxış edərək erməni xalqını yeni fəlakətə sürükləməyə davam edir”,-bəyanatda deyilir.

Aksiyanın təşəbbüskarları əhaliyə müraciət ediblər və vətəndaşları etirazlara qoşulmağa çağırıblar. “Biz dünyaya göstərəcəyik ki, Ermənistanda hələ də dövləti məhv etməyə yönəlmiş bu prosesə hər cür mane olan layiqli insanlar var”, daşnaklar bəyan ediblər.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Milli Məclisinin iki deputatının Avronest xəttilə İrəvana səfərinə də Daşnaksutyun aksiyalarla etirazını bildirmişdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR