İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşnaklar Paşinyan əleyhinə aksiyaya qaz borusu apardılar VİDEO

756 17.03.2022 17:07 Region A A

 

Martın 17-də Daşnaksutyun partiyasının üzvləri və digər müxalifət təmsilçiləri İrəvanda aksiya keçirib.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. “Biz kapitulyantı hədiyyəsiz qoymayacağıq”-deyə, “Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının katibi Hayk Mamicanyan Ermənistan hökumətinin binası qarşısında keçirilən etiraz aksiyasında deyib.

Daha sonra o, hədiyyə barədə ətraflı məlumat vermək üçün səsgücləndiricini ARF Daşnaksutyun üzvü Sevak Nazaryana verib. “Biz hamımız bilirik ki, 10 gündür Qarabağda humanitar fəlakət hökm sürür. Artıq 10 gündür ki, azərbaycanlılar Qarabağ ermənilərini qazdan məhrum edib. Cəmi 10 gündən sonra qaz kəmərinin bərpası ilə bağlı işlərə başlanılıb”, - ARF Daşnaksutyun üzvü qeyd edib.

Nazaryan iddia edib ki,  şayiələrə görə, bu bərpa işlərinə müəyyən səbəbdən başlanılıb. Onlar yeni güzəştlər müqabilində keçirilir. “Ona görə də bu gün özümüzlə qaz borusu gətirdik və onu sizə vermək qərarına gəldik. Biz barmağımızı silkələmək əvəzinə, bu boruyu silkələmək qərarına gəldik. Öz işinlə məşğul ol, çünki Qarabağ ermənilərsiz qalmayacaq. Siz yaxın gələcəkdə gücünüzü itirəcəksiniz”, – müxalifət lideri Paşinyanı hədələyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR