İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə mütəşəkkil telefon dələduzları yaxalanıb

731 01.04.2024 14:37 Dünya A A

Daşkənd (Özbəkistan) polisinin əməkdaşları təqaüdçülərə zəng vuraraq, övladlarının qəza törətdiyini deyən və pul tələb edən telefon dələduzlarını yaxalayıblar.

Musavat.com Podrobno.uz saytına istinadla xəbər verir ki, Rusiya və Qazaxıstanda məşhur olan fırıldaqçılıq növü artıq Özbəkistana da çatıb. Fırıldaqçılar yaşlıların ev telefonlarına zəng edir və onların əzizinin qəzada günahkar olduğu və ya ağır xəsarət alması ilə bağlı barədə məlumat verir və “problemi həll etmək üçün” böyük miqdarda pul lazım olduğunu bildirirlər.

Daşkənd polisinin əməkdaşları reydlər keçirərək bir qrup telefon fırıldaqçısını və kuryeri saxlayıblar. Onların arasında Qazaxıstan və Qırğızıstan vətəndaşları da var. Bütün faktlar üzrə Cinayət Məcəlləsinin 168-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, başqa ölkələrdə trend halına gəlmiş və müəyyən “uğur qazanmış” dələduzluq növləri əvvəl-axır ölkəmizə də gəlir və bu da gələcək (əgər hələ gəlməyibsə). Ona görə də hər kəs fırıldaqçıların qurbanına çevrilən yaşlı valideynlərinə bəri başdan xəbərdarlıq etsin ki, o cür tələlərə düşməsinlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR