İnsanlara hürriyət, millətlərə istiqlal!

Danimarka "Şimal axını"nında baş verən diversiya ilə bağlı təhqiqatı dayandırıb

425 26.02.2024 15:07 Dünya A A

Danimarka polisi “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş vermiş təxribatla bağlı təhqiqatı davam etdirmək üçün əsas olmadığına görə dayandırır.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Krallığın hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, onların partlayışları əlavə araşdırmaq üçün heç bir əsası yoxdur. Qeyd olunub ki, araşdırmaya əsasən, boru kəmərləri ətrafındakı vəziyyətdə “qəsdən təxribat törədilib” qənaətinə gəlmək olar.

Onu da bildirək ki, artıq Almaniya və digər şimal ölkələri də təhqiqatını dayandırmaq qərarına gəliblər, nəyə görədə o “dəhşətli diversiya”nın hansı dövlət tərəfindən törədildiyini öyrənmək istəmirlər.

Bu ayın əvvəlində amerikalı jurnalist Taker Karlsona müsahibə verən RF prezidenti Vladimir Putin isə qaz kəmərlərində baş vermiş partlayışlara görə məsuliyyəti ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin üzərinə ataraq deyib ki, “MKİ alibiyə malik deyil”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR