İnsanlara hürriyət, millətlərə istiqlal!

Dama çıxıb özünü atmaq istədi - VİDEO

568 06.02.2024 19:00 Hadisə A A

Bu gün Mingəçevir şəhərində intihara cəhd olub.

Bu barədə Fövqəladə Hallar nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, Mingəçevir şəhəri, Puşkin küçəsində bir nəfər vətəndaş dördmərtəbəli yaşayış binasının damına çıxaraq intihara cəhd nümayiş etdirib. Bunu görən sakinlər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hadisə barədə məlumat veriblər.

Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə Dəstəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. Binanın həyətindəki yanğınsöndürən-xilasedicilər intihara cəhd etmək istəyən 1989-cu il təvəllüdlü Təhməzov Müşfiq Hilal oğlunu fikrindən daşındırmaq məqsədilə onunla məsafədən psixoloji söhbət apardıqları vaxt damdakı xilasedicilər yaranmış əlverişli vəziyyətdən istifadə edərək vətəndaşı anidən tutaraq intiharın qarşısını alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR