İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO

1117 07.05.2024 18:07 Hadisə A A

Dağıstan Respublikasından olan güləş üzrə məşqçi Orenburq vilayətində keçirilən ümumrusiya yarışında uduzduğu üçün azyaşlı şagirdini döyüb.

Dağıstan Respublikasının bədən tərbiyəsi və idman naziri Sajid Sajidov hadisənin baş verdiyini təsdiqləyib:

“O, Karabudaxkənd rayonunun Karabudaxkənd kəndindən olan Alaudin Atayevdir, amma mən ona məşqçi də deyə bilmərəm. Üstəlik, onun məşqçi olmadığı da məlum olub. O, dövlət idman müəssisələrində işləmir və məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq təhsili yoxdur. Özünü məşqçi kimi sınamaq qərarına gələn fərdi sahibkardır və tələbələri əsasən qohumlarının və dostlarının övladlarıdır. Onu da öyrəndim ki, o, əvvəllər də məşq və yarış prosesində uşaqlara qarşı oxşar zorakılıq hərəkətləri edib”.

Qeyd edək ki, yayılan kadrlarda “məşqçi”nin zorakılıq etdiyi azyaşlının idman geyimində Azərbaycan millisinin rəmzi sayılan “AZE” ifadəsi diqqət çəkib. Sözügedən fakt hadisənin Azərbaycanda baş verməsi və ya azyaşlının azərbaycanlı olması fikrini ortaya çıxarıb.

Məsələ ilə bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat Katibi Sərxan Musayev Oxu.Az-a açıqlama verib.

“Məsələnin Azərbaycan Güləş Federasiyası ilə heç bir əlaqəsi yoxdur. Nə güləşçi, nə də məşqçini tanıyırıq. Güləşçinin üzərindəki trikoda “AZE” yazılması normal haldır. Çünki hər məşq zalının qarşısında və ya idman malları mağazasında bu tərzli trikolar əldə etmək mümkündür”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR