İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda işləyən azərbaycanlı faciəvi şəkildə öldü

690 14.03.2022 10:25 Hadisə A A

Qax rayon sakini işlədiyi binadan yıxılaraq ölüb.

Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə Rusiyanın Dağıstan Respublikasında baş verib.

Belə ki, Qax rayon Qum kənd sakini, 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov Dağıstan Respublikasında usta kimi işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

34 yaşlı S. Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səid Əmirov uzun müddət Dağıstanda usta kimi çalışmırmış. O, subay olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR