İnsanlara hürriyət, millətlərə istiqlal!

Dağıstanda hava şarı qayaya çırpıldı - 4 nəfər yaralandı

344 02.07.2023 12:42 Hadisə A A

Dağıstanda turistlərin sərnişin olduğu hava şarı qayaya çırpılıb, 4 nəfər yaralanıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Hadisə Mahaçqalanın Tarki-Tau ərazisində baş verib. Buna səbəb şarı havaya qaldıran mexanizmin zədələnməsi olub.

Mahaçqala telekanalının yaydığı xəbərdə deyilir ki, hava şarı daş kimi yerə çırpılıb və bunun nəticəsində dörd sərnişinin hamısı ciddi xəsarət alıb.

Faktı Dağıstan Respublikası prokurorunun böyük köməkçisi Tatyana Qolubova da təsdiqləyib. Rayon prokurorluğu araşdırma başladıb. Dağıstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bildirir ki, Mahaçqalada hava şarı düşməyib, sadəcə, təcili eniş edib.

“Pilotun dediyinə görə, çırpılma olmayıb, pilot özü hava şarını yerə endirib. Təcili eniş etməyə nəyin səbəb olduğunu açıqlamayıb. Şarda pilot və onun üç sərnişini olub. Hamı sağdır”, - DİN-in açıqlamasında bildirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR