İnsanlara hürriyət, millətlərə istiqlal!

Cüdoçu, qazi Dünyamalıyev 1 il 6 ay həbs cəzası alıb

684 21.07.2022 16:20 Kriminal A A

İkinci Qarabağ müharibəsi iştirakçısı, cüdoçu Əmrah Dünyamalıyevə hökm oxunub.

Musavat.com xəbər verir ki, Əmrah Dünyamalıyev külli miqdarda narkotik vasitə əldə etmə və satmaqda ittiham olunaraq həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Dünyamalıyev külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə günhkar bilinməyib.

Məhkəmə onun əməlini narkotik vasitədən istifadə kimi qiymətləndirib. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinən Ə.Dünyamalıyevin əməli 234.1-ci maddəsi ənə tövsif edilib. Hökmə əsasən Ə.Dünyamalıyev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dünyamalıyev cüdoçu olub, Vətən Müharibəsində də iştirak edib.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR