İnsanlara hürriyət, millətlərə istiqlal!

Corc Buş Priqojinlə bir fotoda

2118 12.09.2023 18:06 Son xəbər A A

ABŞ-ın keçmiş prezidenti Corc Buş (2001-2009-cu il) Rusiya prezidenti Vladimir Putinlə şam yeməyi zamanı çəkilmiş fotodan, qiyamçı "Vaqner" hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinlə bir şəkildə yer almasından şoka düşüb. Həmin an mötəbər tədbirdə Priqojin ofisiant  olub.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şəkil 2006-cı ildə Sankt-Peterburqda G8 sammiti zamanı çəkilib (o zaman bu beynəlxalq assosiasiyaya ABŞ, Yaponiya, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Rusiya daxil idi).

Kiçik Buş  deyib ki. bu günlərdə Sankt-Peterburqda G8 sammiti zamanı çəkilmiş şəkli görüb və burada Priqojinin ona yemək verməsini biləndə şoka düşüb.

 

Xatırladaq ki, iyun ayının 23-24-də hərbi itaətsizlik göstərərək qiyama qaldıran Yevgini Priqojin avqustun 23-də Tver vilayətində sahibi olduğu “Embraer Legacy” biznes-jetinin qəzaya uğraması nəticəsində ölüb. Təyyarənin qəzaya uğramasına səbəb hələ də şəraiti bəlli olmayan partlayış olub. 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR