İnsanlara hürriyət, millətlərə istiqlal!

Conson, get, sonuncu ukraynalı sən ol…

2493 08.07.2022 00:29 Yazarlar A A

Sabiq ingilis baş nazirə yaraşan bu olar ki, indi hərbi paltarını geyinib getsin Kiyevə, Ukrayna sevgisini bir də belə göstərsin...

Boris Conson istefaya getdi. Üç il əvvəl Mühafizəkarlar Partiyasının sədri kimi üzərində 10 yazılmış qapını məğrur baş nazir kimi açan Conson oranı məğlub, “sıfır”, hətta biabırçı şəkildə tərk etdi. Arxasınca fit çalan-filan olmadı, amma rəhbərlik etdiyi kabinetin üzvləri son üç gündə bir-bir onu tərk etdillər, açıq şəkildə “səninlə işləmək istəmirik” dedilər. Siyasətçi tək qaldısa, bu onun məğlubiyyəti, iflası deməkdir. Boris təkcə istefaya getmədi, iflas oldu...

Consonun niyə tək qaldığı, niyə belə rəzil duruma düşdüyü haqda hələ çox yazılacaq. Bu, artıq o qədər də maraqlı mövzu deyil. Gedənin arxasınca zurna çalan tək bizim ölkə deyil, hər yerdə elədir. İngilis nəşrləri Conson baş nazir olanda da onu çox tənqid edirdilər, indi yəqin daha betər olacaq. Borisin siyasi iflaşı lakdaun günlərində pizza qonaqlığı haqda şəkillərin üzə çıxması ilə başlamışdı, Britaniyada sosial vəziyyətin pisləşməsi ilə kulminasiya nöqtəsinə çatdı. Əlbəttə ki, son dörd ayda dünyanın dəngəsi tam dəyişib, hadisələr elə sürətlə inkişaf edir ki, nəbzini tutmaq çətinləşir. Conson isə 4 aydır dincəlmirdi, ortadan çıxmırdı, “kollektiv Qərbdən”(Avropa Birliyindən)ayrı güc kimi görünmək istəyirdi, zamanını və enerjisini öz ölkəsindən daha çox “Rusiyanı məğlub etməyin yollarını axtarmağa” sərf edirdi. “Sonuncu ukraynalıyadək döyüşmək” də gərək ki, onun uğursuz ifadələrindən idi. Bir gün bu “bespredilin” hesabını verməlisən. Heç kimə yox, öz seçicinə, vergi ödəyicisinə...

dcf93ccda6b6e6b031d1b6f877bc3e2c.jpg (426 KB)

Britaniya nəhəng siyasət-diplomatiya adamlarının vətənidir, amma Consona bu qazandan az “pay düşdüyü” aşkar idi. Yaxşı “piar”şik idi, özünü suya atırdı, kəndir dartırdı, basketbol oynayırdı, amma ciddi və barışmaz ingilis siyasəti onun kimilərin yeri deyildi. Çoxuşaqlı ata idi, adaşı rəhmətlik Boris(Yeltsin) kimi yaxşı içirdi də...Emosiya ingilislərdə zatən var, amma Consonda ağlını üstələyən həddə idi, son günlər isə deyəsən, daha çox içirdi və bu səbəbdən G-7 liderləri ilə görüşdə soyunub muskulları göstərməyi təklif edən də, “Putin arvad olsaydı, belə qərarlar verməzdir” deyən də o idi. İngilis siyasi elitası bu cür “quşları” bağışlamaz...

6286553df1e436286553df1e4416529708136286553df1e416286553df1e42.jpg (199 KB)

Consonun Ukrayna siyasətinin qurbanı hesab edənlər də var. Rəhmətlik türkün nəvəsi istefaya getmirdi ki, bəs, Ukrayna xalqını iztirablar içində qoyub gedə bilməz. Amma partiya yoldaşları onu göndərdilər. Consonun istefası ilə Britaniyanın Ukrayna siyasətində məncə də heç nə dəyişməyəcək. Bir neçə hind kökənli onun yerini tuta bilər, iki-üç təmiz qanlı ingilisin namizədliyi və şansı da var. Borisin kabinetində artıq sabiq hesab olunan müdafiə naziri və xanım xarici işlər naziri də mühafizəkarlara rəhbərlik, yəni həm də baş nazir postunu tuta bilərlər. Onlar da çox fəal və Rusiyaya qarşı sərt xətt tərəfdarlarıdırlar. Amma istənilən halda, kim gələrsə, Britaniyanın yüzillik Rusiya siyasətini davam etdirəcək, ola bilısin, Conson kimi hoppanaraq yox, sakit, daha ağıllı, daha müdrik...Ruslar o səbəbdən bu istefaya sevinmirlər, çünki bilirlər ki, Rusiyaya yönəlik siyasətdə ciddi dəyişiklik olmayacaq.

7f024e11caa0b4b96a1bba73370dff0f.jpg (323 KB)

İndi Consona düşən və yaraşan bu olar ki, hərbi paltarını geyinib getsin Kiyevə, istefasına çox üzüldüyünü bəyan edən Zelenski onu ön cəbhəyə göndərsin. Gedib, Ukrayna sevgisini bir də belə sübut etsin. Bunu Consondan gözləmək olar, çünki o, bir az da xuliqan siyasət adam idi. Hələm-hələm İngiltərə siyasətinə belə tip gəlməz. Zelenski onu Odessanın fəxri vətəndaşı etdi, qubernatoru da edə bilər. İndi türmədə çürüyən Saakaşviliyə də vaxtilə elə görəv verilmişdi, sonra qovdular. Conson Saakaşvili kimi mağmın deyil, onu qovmaq çətin olar. Rusiya hərdən oranı da bombalayır, Conson bir top-raket səsi eşitsin, görək sonra nə deyəcək?

Bəlkə elə sonuncu ukraynalı Conson özü olacaq...

 

Nazim SABİROĞLU,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR