İnsanlara hürriyət, millətlərə istiqlal!

Coli və Pittin ikinci qızı da atasının soyadından imtina edib

598 03.06.2024 12:02 Dünya A A

Hollivud aktyorları Ancelina Coli və Bred Pittin qızı Şaylo atasının soyadından rəsmən imtina edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qız sənədlərini dəyişdirmək proseduruna 18 yaşında başlayıb. O, Şaylo Coli olmağı planlaşdırır. Mənbə bildirib ki, Pitt qızının qərarına hələ cavab verməyib.

Bundan əvvəl aktyorların qızı 18 yaşı münasibətilə valideynlərini barışmağa çağırıb. Şaylo ana və atasına müraciətlə "münasibətləri nizama salmaq, böyümək lazımdır" deyib. Maqazin qəzetlərindən biri qızın valideynlərinin münaqişələrindən bezdiyini yazıb.

Əvvəllər Pitt keçmiş həyat yoldaşı ilə uşaqların birgə qəyyumluğunda israr etməyi dayandırıb. Aktrisa cütlüyün altı övladına tam qəyyumluq edə biləcək və Pittin onları görmək hüququ olacaq. Məlumdur ki, Şaylo atasına yaxındır və bu yaxınlarda onunla birlikdə yaşamağa köçüb.

Saylo Novel Pitt-Coli cüytlüyünün ilk doğma qızıdır və övladlığa götürülənlər də daxil olmaqla cütlüyün altı uşağının üçüncü ən böyüyüdür.

Keçən ilin payızında “The New York Times” xəbər verib ki, Coli keçmiş ərinə qarşı məişət zorakılığı iddiası qaldırıb. Aktrisa 2016-cı ilin sentyabrında şəxsi təyyarədə baş verən hadisədən danışıb. Sonra ailə altı uşaqla birlikdə Fransadan Kaliforniyaya uçub. Colinin sözlərinə görə, münaqişə zamanı Pitt uşaqlardan birini boğmağa cəhd edib, digərinin isə üzünə vurub, arvadının başından tutub silkələyib, üzərinə pivə töküb, uşaqların üzərinə şərab və pivə atıb. Bundan başqa, aktyor söyüş söyüb, qışqırıb, hətta yumruğu ilə təyyarənin tavanına vurub.

Coli 2016-cı ildə ərindən boşanmaq üçün məhkəməyə müraciət edib, proses 2019-cu ildə rəsmi olaraq tamamlanıb. İndi keçmiş həyat yoldaşları əmlaklarını bölürlər.

Şaylo atasının soyadından imtina edən ikinci övladdır. Bundan əvvəl bunu cütlüyün Zahara adlı efiopiyalı övladlığı edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR