İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin reytinqi “neqativ”ə endirildi

334 05.12.2023 15:45 Dünya A A

“Moody's Investors Service” beynəlxalq reytinq agentliyi Çinin reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə dəyişib.

Musavat.com-un xəbərinə görə, agentliyin press-relizində deyilir ki, ölkənin xarici və milli valyutalarda uzunmüddətli reytinqi “A1” səviyyəsində təsdiqlənib:

“Mənfiyə dəyişiklik hökumət və dövlət sektorunun borc sıxıntısı olan regional və yerli hökumətlərə, dövlət müəssisələrinə maliyyə dəstəyi göstərəcəyinə dair artan işarələri əks etdirir və bu, Çinin maliyyə, iqtisadi və institusional gücünün geniş şəkildə pisləşməsi riskləri yaradır”.

Agentliyin analitikləri Çində ÜDM-in 2024-2025-ci illərdə 4 faiz artacağını, 2026-2030-cu illərdə artımın 3,8 faizə qədər yavaşlayacağını proqnozlaşdırırlar. “Moody's” sonuncu dəfə 2017-ci ildə Çinin reytinqini “Aa3”dən “A1”ə endirib. “S&P Global Ratings” isə 2017-ci ildən ölkənin reytinqini “A+” səviyyəsində saxlayıb. “Fitch Ratings” bu yaxınlarda Çinin “A+” reytinqini sabit proqnozla təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR