İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin elektromobil istehsalçısı Avropa Komissiyasında dinləmələrə nail oldu

316 22.07.2024 13:41 Dünya A A

Avropa Komissiyası Çin avtomobil istehsalçısı “SAIC Motor”un tələbi ilə Çindən Aİ-yə elektrik avtomobillərinin idxalına kompensasiya rüsumlarının tətbiqi ilə bağlı xüsusi dinləmə keçirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat şirkətin yaydığı açıqlamada yer alıb.

Açıqlamada qeyd edilir ki, iyulun 19-da SAIC-in tələbi ilə Avropa Komissiyası Aİ-nin Brüsseldəki mənzil-qərargahında kompensasiya tədbirlərinin araşdırılması ilə bağlı xüsusi dinləmələr keçirib:

“SAIC araşdırmaların ilkin nəticələrini və etiraz arqumentlərini Avropa Komissiyasına təqdim edib, öz qanuni hüquqlarını fəal şəkildə müdafiə edib. Avropa Komissiyasının noyabrın 2-də yekun qərar verməsi gözlənilir. Avropa Komissiyasının ədalətsiz, əsassız və qeyri-qanuni ilkin qərarına cavab olaraq, SAIC əlavə hüquqi tədbirlər görmək hüququnu özündə saxlayır”.

Şirkət bir daha təkrar edir ki, Avropa Komissiyası ona təqdim edilən bəzi məlumatlara məhəl qoymayıb. “SAIC Motor” iyulun 5-də işin Avropa Komissiyası qarşısında dinlənilməsini tələb etmək niyyətində olduğunu açıqlayıb.

Avropa Komissiyasının bəyanatına görə, iyulun 4-dən Çindən gələn elektrik avtomobillərinə 37,6 faizə qədər idxal rüsumları tətbiq edilir. Böyük avtomobil istehsalçıları üçün rüsumlar məhsullarının dəyərinin 17,4 faizindən 37,6 faizinə qədər olacaq. SAIC Motor elektrik avtomobillərinin tarifləri 37,6 faiz təşkil edəcək.

Avropa Komissiyası daha əvvəl qeyd etmişdi ki, bu mövzuda Çinlə məsləhətləşmələr son aylarda intensivləşib və problemin ÜTT qaydaları çərçivəsində danışıqlar yolu ilə həlli gözləntiləri var.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR