İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə birbaşa xarici investisiya yatırımları kəskin AZALDI

428 17.11.2023 19:39 Dünya A A

Bu ilin yanvar-oktyabr aylarında materik Çin iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalaraq 987,01 milyard yuan (136,4 milyard dollar) təşkil edib.

Musavat.com xəbər verir ki, Çin Ticarət Nazirliyinin məlumatına görə, hesabat dövründə ölkənin xidmət sektoruna xarici investisiya axını 15,9 faiz azalaraq 672,1 milyard yuana düşüb.

Eyni zamanda istehsal sektoruna birbaşa investisiyalar 1,9 faiz artaraq 283,4 milyard yuanı ötüb.

On ayda Kanadanın Çinə investisiyaları iki dəfədən çox (110 faiz), Böyük Britaniyanın 95 faiz, Fransanın 90 faiz, İsveçrənin 66 faiz və Niderlandın 33 faiz artıb. Bu dövrdə ölkədə 41 947 min yeni xarici müəssisə yaradılıb ki, bu da 2022-ci ilin analoji dövrünün göstəricisindən 32,1 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ilin yekununda Çin iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi həcmi 6,3 faiz artaraq 1,23 trilyon yuana çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR