İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Rusiyaya ixrac azalıb

656 21.07.2024 00:59 İqtisadiyyat A A

Bu ilin ilk altı ayında Çin və Rusiya arasında ticarət dövriyyəsi illik ifadədə 1,8 faiz artaraq 116,8 milyard dolları keçib. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Çin Baş Gömrük İdarəsi yayıb.

Məlumata görə, ilin birinci yarısında Çinin Rusiyaya ixracı 0,8 faiz azalaraq 51,6 milyard dollar, idxal isə əksinə, 3,9 faiz artaraq 65,2 milyard dollar olub.

Çin ilin birinci yarısında Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını 3,5 milyon tona qədər azaldıb. Belə ki, 2024-cü ilin ilk altı ayında Rusiyanın Çinə LNG ixracının həcmi 3,5 milyon tona (2 milyard dollardan çox) düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır.

Bununla yanaşı, ilin birinci yarısında Rusiyadan Çinə neft tədarükü 4,8 faiz artaraq 55,1 milyon tona (təxminən 33 milyard dollar) çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR