İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində MI6 ilə əməkdaşlıqda şübhəli bilinən əcnəbi saxlanılıb

288 08.01.2024 15:14 Dünya A A

Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6 üçün məxfi məlumatların toplanılmasında şübhəli bilinən əcnəbi məsləhətçinin saxlanıldığı barədə məlumat yayıb.

“Report” bu barədə “South China Morning Post”a istinadən xəbər verir.

Amma saxlanılan şəxsin vətəndaşlığı, yaşı və adı barədə məlumat verilməyib. Nazirlik bildirib ki, o, 2015-ci ildən bəri MI6-ya çalışır. Ona Britaniya kəşfiyyatı tərəfindən təlim keçirilib.

Həmin şəxs məxfi məlumatları toplamaq üçün Çinə səfər etməklə yanaşı, həm də MI6-ya digər casusları cəlb etməkdə köməklik edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR