İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin səfirliyindən ABŞ-a ağır ittihamlar! Vaşinqtonda demarş

1154 05.08.2023 21:30 Son xəbər A A

ABŞ hakimiyyəti bazar prinsiplərinə zidd olan və bütün dünyanın maraqlarına zərər vuran istehsal və təchizat zəncirlərini pozmağa yönəlmiş tədbirlər görür.

Musavat.com xəbər verir ki, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu ABŞ administrasiyasının ABŞ-ın Çinin texnologiya sektoruna investisiyalarını məhdudlaşdırmaq üçün tədbirlər hazırlaması ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən bildirib.

"Birləşmiş Ştatlar adətən texnologiya və ticarət məsələlərini siyasiləşdirir və onlardan milli təhlükəsizlik naminə alət və silah kimi istifadə edir", -deyə o, Reuters-in sorğusuna cavab verib.

Liu Pengyu deyib ki, bazar iqtisadiyyatı və ədalətli rəqabət prinsiplərinə zidd olan bu cür hərəkətlər iqtisadiyyatda və ticarətdə beynəlxalq asayişi pozur, qlobal istehsal və təchizat zəncirlərini pozur və sabitsizləşdirir, bütün dünyanın maraqlarına zərər verir. “Biz hadisələri diqqətlə izləyəcək, hüquq və maraqlarımızı əzmlə qoruyacağıq”, - deyə Çin səfirliyinin sözçüsü əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR