İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP sədri Ərdoğana 50 min TƏZMİNAT ödəyəcək

1374 22.12.2023 15:49 Region A A

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ qarşı açdığı məhkəmədə qalib gəlib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Özgür Özəl Ərdoğanın hüquqlarını pozduğuna görə 50 min TL (2915 AZN) təzminat ödəyəcək.

"Prezidentimizin hüquqlarının pozulması ilə əlaqədar Özgür Özəl haqqında açdığımız mənəvi zərərlə bağlı iddiaya Ankara Regional Ədliyyə Məhkəməsinin 25-ci Mülki Kollegiyası tərəfindən baxılıb. Özgür Özəl prezidentimizə 50 min TL ödəyəcək", - Ərdoğanın vəkili Hüseyn Aydın deyib.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlundan aldığı 65 min lirəlik (3789 AZN) mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənməsi üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb.

Xatırladaq ki, Ərdoğan 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisindəki çıxışında Kılıçdaroğluna qarşı vəkili Hüseyn Aydın vasitəsilə mənəvi təzminat iddiası qaldırıb.

İddiaya baxan Ankara 3-cü Mülki Asliye Məhkəməsi Kılıçdaroğluna 65 min lirə mənəvi təzminat cəzası verib.

Yerli məhkəmənin qərarını araşdıran Ankara Regional Ədliyyə Məhkəməsinin 25-ci Mülki İşlər Dairəsi qərarı qanuni hesab edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR