"ChatGPT" çatbotunun fəaliyyətində qlobal nasazlıq yaranıb.
Bu barədə "Downdetector" xidmətinin məlumatında bildirilir.
Problem axşam saatlarında üzə çıxıb. Nasazlıqla bağlı müraciətlər əsasən ABŞ, Kanada, Braziliya, Böyük Britaniya, Almaniya, Fransa, Yaponiya və digər ölkələrdən daxil olub.//Demokrat.az






