İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə gedib

266 12.11.2023 20:24 Siyasət A A

Xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə gedib.

Bu barədə Musavat.com-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 12 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR